“Orda önəmli qərarlar veriləcək” Adil Şükürov da iclası gözləyir
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son günlər “Səbail”lə bağlı diqqətiçəkən iddiaların sayı artıb. Bayıl təmsilçisinin gah satıldığı, gah bölgələrdən birinə köçürüləcəyi, gah da, ümumiyyətlə, fəaliyyətini dayandıracağı haqda xəbərlər var. Rəhbər şəxslərin istefa verəcəyiylə bağlı bilgilər də mövcuddu.
Bəs, belə durumda baş məşqçi Adil Şükürovun taleyi necə olacaq? O, karyerasını harda davam etdirəcək?
Bu suallarla Adil bəyə müraciət etdik. Mütəxəssisin “Football-plus.az”a cavabı:
“Hələ dəqiq nəsə yoxdu. Gözləyirik. Bu yaxınlarda klubdaxili iclas olacaq. Orda önəmli qərarlar veriləcək. Bundan sonra karyeramla bağlı addımlar atacam. Heyətlə bağlı dəyişikliklər də yoxdu. Komandada saxlamaq istədiyimiz futbolçular var. İclasdan sonra hər şey dəqiqləşəcək”.
Xatırladaq ki, “Səbail” 1-ci liqada son mövsümü 3-cü sırada tamamlayıb.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 09 İyun 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















