Icma.az
close
up
RU
Ördək gölü : Şəkinin gözəllik içində gözdən iraq qalan mirvarisi

Ördək gölü : Şəkinin gözəllik içində gözdən iraq qalan mirvarisi

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın mədəniyyət beşiyi sayılan Şəki təkcə tarixi abidələri ilə deyil, həm də təbiətin bəxş etdiyi mənzərəli məkanlarla seçilir. Bu məkanlardan biri də son illərdə canlanan və istirahət mərkəzi kimi fəaliyyət göstərən "Ördək Gölü"dür.

"Ördək Gölü" sadəcə bir su hövzəsi deyil. O, Şəkinin təbiətlə insanın vəhdətini əks etdirən nadir istirahət məkanlarından biridir. Gölün adı, vaxtilə burada sərbəst üzən ördəklərlə bağlıdır. Bu gün də həmin simvolik ördəklər gölün adında yaşamaqda davam edir.

İllər öncə yerli sakinlərin dincəldiyi, ailəvi gəzintilərin ünvanı olan bu göl, artıq turistlərin və şəhər əhalisinin istirahət üçün üz tutduğu məkana çevrilib.

Hazırda "Ördək Gölü"nün ətrafında iaşə obyekti fəaliyyət göstərir. İsti yay günlərində şəhərin səs-küyündən uzaq durmaq istəyənlər buraya üz tutur. Göl kənarında əyləşib sərin küləklə nəfəs almaq, çayın, qəhvənin dadını təbiətin qoynunda çıxarmaq mümkün olur.

Bütün gözəlliklərinə və əlverişli mövqeyinə baxmayaraq, "Ördək Gölü" Şəkidə hələ də lazımi qədər tanıdılmayıb. Şəhərə gələn turistlərin bir çoxu bu məkan barədə ümumiyyətlə məlumatlı deyil. Onlar daha çox tarixi məkanlara yönəldikləri üçün göl, sanki kölgədə qalır. Halbuki düzgün təbliğat, reklam və sosial media tanıtımı ilə bu yer daha geniş auditoriyaya təqdim oluna, turist marşrutlarına salına bilər.

Bu göl sadəcə yerli əhaliyə xidmət etməməlidir. Şəkiyə gələn hər bir turist buranı tanımalı, ziyarət etməlidir. Bunun üçün isə şəhər girişində və əsas küçələrdə istiqamət nişanları qurulmalı, turizm xəritələrində və info-broşürlərdə bu məkan xüsusi qeyd edilməli, sosial şəbəkələrdə video və foto kampaniyalarla gölün tanıtımı aparılmalı, hətta yerli festivallar və tədbirlər də burada təşkil olunmalıdır.

Şəkinin "Ördək Gölü" təkcə təbiət guşəsi deyil, həm də böyük potensiala malik turizm nöqtəsidir. Onu tanıtmaq, qorumaq və inkişaf etdirmək isə həm yerli icmanın, həm də turizm qurumlarının üzərinə düşür. Təbliğat gücləndirilsə, bu göl sadəcə şəhərlilərin yox, turistlərin də sevimli məkanına çevrilə bilər.

Leyla Mirzə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri