Ordubadda elektrik enerjisinin verilməsində fasilələr olacaq
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilməsində fasilələr olacaq.
“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Parağaçay 35 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.
Bu səbəbdən sabah saat 10:00-dan 11:00-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver Qoruqları, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 24 Sentyabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















