Icma.az
close
up
RU
Ordubadın Aşağı Əndəmic kəndində səyyar qəbul keçirilib FOTO

Ordubadın Aşağı Əndəmic kəndində səyyar qəbul keçirilib FOTO

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayonun Aşağı Əndəmic kəndində səyyar qəbul keçirib. SİA xəbər verir ki, 18 fevral 2025-ci il tarixində keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kənd icra nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı, kənd sakinlərini salamlayaraq ölkəmizdə aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlardan danışıb. Bildirilib ki, ölkədə siyasi və iqtisadi sabitlik təmin edilib, xüsusilə bölgələrdə infrastrukturun inkişafı, yeni iş yerlərinin açılması və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır ki, bu da əhalinin həyat səviyyəsinin yaxşılaşmasına töhfə verir. Hazırda ölkəmiz, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə apardığı uğurlu siyasət nəticəsində regional güc mərkəzlərindən biri kimi tanınır.

Daha sonra Ordubad İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi qələbədən bəhs edib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, işğal altında olan torpaqlarımız azad olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı quruculuq işləri həyata keçirilir, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün hərtərəfli şərait yaradılır. Görüşdə Zəngəzur dəhlizinin region və rayon üçün strateji əhəmiyyəti də vurğulanıb. Bildirilib ki, bu layihənin reallaşması Azərbaycanın tranzit potensialını artıracaq və türk dünyasını birləşdirən əsas nəqliyyat-kommunikasiya şəbəkələrindən birinə çevriləcəkdir. Zəngəzur dəhlizinin açılması rayon iqtisadiyyatına da mühüm töhfə verəcək, yeni iş yerlərinin yaradılmasına və ticarətin genişlənməsinə imkan yaradacaqdır.

İcra başçısı “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr barədə də söz açaraq, bu proqramın icrası nəticəsində Muxtar Respublikada, o cümlədən Ordubad rayonunda sosial-iqtisadi həyatın daha da canlanacağını nəzərə çatdırıb. Çıxış zamanı rayonun yeraltı sərvətlərinin istifadəsi, xüsusən də mədən sənayesinin yenidən dirçəldilməsi istiqamətində işlərə başlanıldığı, yaxın perspektivdə xalçaçılıq, ipəkçilik və konserv məhsullarının istehsalı üzrə müəssisələrin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub.

Qəbul zamanı Ordubad rayonunun gələcəkdə bölgənin əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, bu məqsədlə ilk olaraq yeni hotelin tikintisinə başlanıldığı qeyd olunub. Ordubadın qədim sənətkarlıq ənənələrini dirçəltmək və tarixi simasını bərpa etmək məqsədilə “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binasının və “Ərbabın evi” adlanan tikililərin hərtərəfli bərpa ediləcəyi, bu işlərin şəhərin yeni hazırlanan baş planına uyğun həyata keçiriləcəyi də qəbul iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, su, məşğulluq, yol hərəkətini tənzimləyən sürət məhdudlaşdırıcı nişanların qoyulması, kənd arxının çıxarılması və sair problemlər üzrə səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri