Icma.az
close
up
RU
Ordudan Tramp və müdafiə nazirinə qarşı BƏYANAT: ABŞ da hərbi çevriliş?

Ordudan Tramp və müdafiə nazirinə qarşı BƏYANAT: ABŞ da hərbi çevriliş?

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ ordusunun ali rəhbərliyi prezident Donald Trampa açıq məktub ünvanlayaraq yüksək rütbəli zabit korpusunda aparılan genişmiqyaslı təmizləmələrdən narazılığını bildirib.

“The Washington Post”un dərc etdiyi məktubda vurğulanır:

“Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin, Dəniz Əməliyyatları rəisinin, Ordu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin hərbi hüquqşünaslarının əsassız şəkildə vəzifədən azad edilməsi bizi dərindən narahat edir. Prezident Donald Tramp və müdafiə naziri Pit Heqsetin bu addımları ordumuzun gücünə, sabitliyinə və bütövlüyünə təhlükə yaradır”.

Bəs, bu vəziyyət hərbi çevrilişə yol aça bilərmi?Musavat.com xəbər verir ki, politoloq Zeynal Əmrəliyev məsələyə belə münasibət bildirib:

“ABŞ-da ordu dövlət sisteminin əsasını təşkil edir. İlk prezident Corc Vaşinqton dövlət aparatını formalaşdırarkən ordunu siyasətdən ayrı tutmağa xüsusi önəm verib. Ölkə müharibədən yeni çıxmasına baxmayaraq, dövlət idarəçiliyində mühüm vəzifələrə hərbi komandanlar gətirilsə də, ordu həmişə siyasətdən kənarda saxlanılıb. Bu prinsip 236 ildir dəyişməz olaraq qalır - ABŞ ordusu demokratiyanın əsas qoruyucusudur. Müdafiə naziri vasitəsilə orduda mülki nəzarətin tətbiqi də bu ölkədən qaynaqlanır. Ordu komandanlığı Pentaqondan gələn əmrləri şübhəsiz yerinə yetirir”.

Politoloq qeyd edib ki, hazırda narazılıq Tramp administrasiyasının fəaliyyəti ilə bağlıdır:“Son bir ayda yüksək rütbəli generallar, admiral və hərbi hüquqşünaslar kütləvi şəkildə vəzifədən uzaqlaşdırılıb. Tramp ordunun ali rəhbərliyini ona sadiq şəxslərlə əvəz etmək istəyir. Respublikaçı prezidentin bu addımları ölkə daxilində ciddi narazılıq yaradıb. Əsas məqsəd iki il sonra keçiriləcək Konqres seçkilərində Demokratlar qalib gəlsə, mümkün impiçment təhlükəsinə qarşı ordu dəstəyini təmin etməkdir”.

Ekspertə görə, bu, olduqca təhlükəli tendensiyadır:

“ABŞ ordusunda hərbi rütbələrin verilməsi və vəzifə təyinatları xidmət keyfiyyəti və iş stajına əsaslanır. Yüksək vəzifəli zabitlərin kütləvi şəkildə uzaqlaşdırılıb yerinə aşağı rütbəlilərin gətirilməsi orduda illərlə formalaşmış nizam-intizamı poza bilər. Bu da ordunun daxili strukturunu sarsıdacaq”.

Növbəti addım nə ola bilər?Politoloq hesab edir ki, hərbi zabitlərin Tramp və müdafiə nazirinə qarşı ultimatum verməsi vəziyyətin nə qədər ciddiləşdiyini göstərir:

“Artıq ordu daxilində narazılıq açıq şəkildə ifadə olunub. Növbəti mərhələdə nüfuzlu veteranların da prezidentə xəbərdarlıq etməsi gözlənilir. Əgər gərginlik artarsa, Ağ Evə qarşı daha sərt mövqe ortaya çıxa bilər. Lakin prosesin nəzarətdən çıxmasına imkan verilməyəcək, çünki ABŞ üçün ordu ilə siyasi hakimiyyət arasında balansın qorunması dövlətin təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır”.

Ekspertin fikrincə, ordunun nəzarətdən çıxması təkcə daxili sabitliyi deyil, həm də Trampın xarici siyasət kursunu sarsıdacaq.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Mart 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri