Icma.az
close
up
RU
Ordular hazır vəziyyətə gətirildi

Ordular hazır vəziyyətə gətirildi

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan ilə Hindistan arasındakı gərginlik artmaqdadır

Hindistan ilə Pakistan arasındakı artan gərginlik səngimir. Qeyd edək ki, aprelin 22-də baş verən hadisələrdən sonra İslamabad və Yeni Dehli arasında münasibətlər yenidən gərginləşib. Hazırkı fonda hər iki tərəf sərhəd bölgəsinə xeyli canlı qüvvə və hərbi texnika cəmləşdirib. Nüvə və kontinental ballistik silahlara malik olan hər iki ölkə ordusunu hazırlıq vəziyyətinə gətirib. “Economic Times” qəzetinin məlumatına görə, Hindistan öz hava məkanını və limanlarını Pakistan üçün bağlamağa hazırlaşır. Hər iki ölkənin hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələri həm quruda, həm də dəniz sularında sərhəd xətlərinə yaxın ərazilərdə  təlimlər həyata keçirirlər. Pakistanın müdafiə naziri Xavadja Məhəmməd Asif yerli mətbuata açıqlamasında bölgədə gərginliyin təhlükəli həddə çatdığını bildirib. Nazir qeyd edib ki, Hindistan və Pakistan arasında müharibə ehtimalı son dərəcə artıb və qarşıdakı iki-dörd gün ərzində intensiv hərbi toqquşmalar baş verə bilər. Bu səbəbdən Pakistanın hərbi rəhbərliyi cənubundakı əsas liman şəhəri olan Kəraçidən Hindistanla sərhəd bölgəsinə doğru genişmiqyaslı hərbi texnika daşınmasına başlayıb. Pakistan KİV-lərinin məlumatlarında qeyd olunur ki, kolonların tərkibində tanklar, zirehli maşınlar və ağır artilleriya sistemləri yer alır.

Kənar vasitəçilər müdaxilə edə bilər...

Bəzi beynəlxalq ekspertlər Pakistan və Hindistan arasında lokal xarakterli hərbi toqquşmaların baş verəbiləcəyi ehtimalını irəli sürsə də, regionda genişmiqyaslı müharibənin baş verməsini istisna edirlər. Buna ən böyük səbəb kimi isə Hindistan və Pakistanın nüvə və kontinental ballistik silahlara malik olmasını, hər iki ölkənin bir-birinin hərbi imkanları və müdafiə strategiyaları haqqında kifayət qədər məlumata malik olmalarını göstərirlər. Onlar iddia edirlər ki, İslamabad və Yeni Dehli risklərin fərqindədir və buna görə də son dərəcə ehtiyatlı davranırlar. Hər iki tərəfin bölgədə gərginliyin qarşısının alınması və vəziyyətin sabitləşməsi üçün diplomatik kanalları da var - onlardan istifadə edilməsi və ya kənar vasitəçilərin müdaxiləsi də gözlənilənlər arasındadır.

Növbəti müharibənin qarşısını almaq üçün...

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Hindistan və Pakistan arasında hərbi toqquşmaların baş verməsi istisna deyil. “Pakistan ilə Hindistan arasında hərbi-siyasi vəziyyət, həqiqətən daha da gərginləşir. Hər iki tərəf bir-birinə qarşı müxtəlif səviyyələrdə bəyanatlar və ittihamlar səsləndirir. Eskalasiyanın artması hər iki nəhəng nüvə dövləti arasında hərbi toqquşmalara gətirib çıxara bilər. Belə bir vəziyyətin baş verməsi, şübhəsiz ki, Cənubi Asiyada çox böyük dağıntılara səbəb olacaq, regionu çox ağır fəlakətə düçar edəcək. Belə təhlükəli halların qarşısının alınması üçün diplomatik danışıqlara ehtiyac var, yəni Pakistan və Hindistan masa arxasında problemləri həll edə bilərlər.  Eyni zamanda, beynəlxalq və regional güc mərkəzləri, eləcə də müəyyən beynəlxalq təşkilatlar Pakistan ilə Hindistan arasında diplomatik danışıqların təşkil olunmasında vasitəçilik edə bilərlər. ABŞ, Rusiya və Çinin vasitəçi qismində çıxış etmələri mümkündür. Habelə Türkiyə də bu prosesdə vasitəçi qismində çıxış edə bilər. Bildiyimiz kimi, Türkiyənin həm Pakistan, həm də Hindistanla çox güclü diplomatik münasibətləri var. Cənubi Asiya regionunda hər hansı riskli toqquşmanın qarşısının alınması mütləq xarakter daşıyır. Ona görə ki, hazırda beynəlxalq münasibətlər sisteminin özündə çox ciddi həssas dönəm yaşanır. Növbəti Hindistan-Pakistan müharibəsi nəinki bu regiona, hətta bütün beynəlxalq sistemə mənfi təsir göstərəcək”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri