Ordumuza qarşı döyüşən erməni general həbs edildi Əmri o verib
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan həbs edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, onun həbsinə səbəb 44 günlük müharibə zamanı bir sıra səhvlərə yol verməsidir.
Qeyd edək ki, T.Xaçatryan Birinci Qarabağ müharibəsində aktiv iştirak edib. O, separatçıların Şuşa batalyonunda döyüşüb. İkinci Qarabağ müharibəsindən sonra isə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülüb. Xaçatryan əvvəllər də bir neçə dəfə fərqli səbəblərdən həbs olunub. Son olaraq xuliqanlıqdan ittiham edilərək saxlanılmış, daha sonra 5 milyon dram qarşılığında sərbəst buraxılmışdı. O, Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı mövqeyi ilə tanınır.
İrəvan hökumətinin 44 günlük müharibədəki məğlubiyyətə görə ittiham etdiyi hərbi rütbəlilər arasındadır. İddialara görə, onun fəaliyyətinin araşdırılması və həbs əmrini birbaşa baş nazir verib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 04 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















