Icma.az
close
up
RU
Ordumuzla bağlı ÖNƏMLİ QƏRAR KONKRET

Ordumuzla bağlı ÖNƏMLİ QƏRAR KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Türkiyənin müdafiə sənayesinin flaqman şirkətlərindən olan HAVELSAN-ın “komandanlıq və idarəetmə” sahəsində ən mühüm proqram həllərindən biri hesab olunan Hərbi Hava Qüvvələrinin İnformasiya Sistemi (“HvBS”) çərçivəsində hazırlanan kritik imkanların bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığının envanterinə daxil edilib. “Anadolu” agentliyinin yaydığı məlumata görө, Türk Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarına uyğun olaraq inkişaf etdirilən bu qabaqcıl sistem hava əməliyyatlarının planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsi proseslərini tam rəqəmsal mühitdə və vahid mərkəzdən idarə etməyə imkan verən mükəmməl komandanlıq-idarəetmə infrastrukturu təqdim edir. Azərbaycan Hərbi Hava Qüvvələrinin istismarına verilən bu yenilik əməliyyat mərkəzlərində çalışan heyətə vahid əməliyyat mənzərəsi əsasında hərəkət etməyə, tapşırıqları real vaxt rejimində tənzimləməyə və qəbuletmə mexanizmlərini maksimum dərəcədə sürətləndirməyə şərait yaradır. Dünyanın ən əhatəli hərbi hava sistemlərindən biri olan “HvBS” əməliyyata hazırlıq müddətini saatlardan dəqiqələrə endirərək hava qüvvələrimizin döyüş meydanındakı manevr imkanlarını və taktiki üstünlüyünü misilsiz dərəcədə artırır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı nocommentaz-a danışan hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, qardaş Türkiyənin ən müasir hərbi-texnoloji həllərindən biri olan “HvBS” sisteminin Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsi ordumuzun rəqəmsal transformasiyası və NATO standartlarına uyqunlaşdırılması istiqamətində atılmış tarixi və strateji addımlardandır: “Bu sistem sadəcə proqram təminatı deyil, hərbi aviasiyamızın beyin mərkəzini təşkil edən, qərar qəbuletmə mexanizmini anlıq rejimə gətirən və bütün idarəetmə zəncirini vahid şəbəkədə birləşdirən yüksək texnologiyalı kompleksdir; onun tətbiqi nəticəsində hərbi hava qüvvələrimizin döyüş hazırlığı və əməliyyat imkanları keyfiyyətcə tamamilə yeni mərhələyə yüksəlir”.

Onun sözlərinə görə, bu cür inteqrasiya Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində birgə hərbi doktrinanın və qarşılıqlı uzlaşmanın praktiki müstəvidə nə qədər dərinləşdiyini bir daha nümayiş etdirir: “Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonra hərbi quruculuq prosesini məhz müasir texnologiyalar, süni intellekt əsaslı idarəetmə sistemləri və qabaqcıl proqram həlləri üzərində qurur və HAVELSAN-ın bu sisteminin ordumuzun istifadəsinə verilməsi istənilən döyüş şəraitində hava məkanımıza nəzarəti, təhlükəsizliyi və dəqiq koordinasiyanı ən yüksək səviyyədə təmin edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Avqust 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri