Ordumuzla üzbəüz döyüş mövqeyində şok Erməni hərbçi heyrətləndirdi
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
“Təlimlərə çağırılmış biri kimi iyunun 19-da döyüş mövqelərinə qalxdıq”.
"Bakupost" Globalinfo.az-a istinadən xəbər verir ki, bunu 25 günlük təlim toplanışında iştirak edən erməni hərbçi bildirib.
O, Ermənistan ordusunun döyüş mövqeləri ilə bağlı sensasion faktları açıb:
“Mövqelərə getməzdən əvvəl bizi Ermənistan Müdafiə Nazirliyinin son vaxtlar fəal şəkildə reklam etdiyi fortifikasiya qurğuları ilə tanış etmişdilər. Əsgərlərin bir qismi səmimi şəkildə düşünürdü ki, biz də buna bənzər təchizata malik mövqelərdə döyüş növbətçiliyi aparacağıq. Lakin acı reallıq budur ki, cəbhə xəttində yerləşən və elə bu dəqiqə də əsgərlərin növbə çəkdiyi döyüş mövqeləri reklam edilən fortifikasiya qurğularına bənzəmir.
Bizim mövqeyimiz qarşı tərəfin birbaşa nişangahında idi. Orada nə sığınacaq, nə bunker, nə də artilleriya zərbələrindən qorunmaq üçün adi səngər çuxurları var idi. Mümkün hücum zamanı oradan sağ çıxmaq mümkünsüz olardı.
Mövqeyimizdə heç bir iriçaplı silah yox idi, hətta “Kalaşnikov” pulemyotumuz da yox idi. Bunun əvəzində həmin pulemyotlar üçün nəzərdə tutulmuş patronlarımız vardı. Qumbaraatanımız da yox idi, amma qumbaraatan mərmilərimiz vardı. Təəccüblüdür ki, mövqedə AK-74 üçün nəzərdə tutulan 5,45 mm-lik patronlar da vardı, amma AK-74 avtomatlarımız yox idi.
Qarşımızda yerləşən Azərbaycan mövqeyi təxminən 150 metr məsafədə idi. Bəzən gecələr azərbaycanlılar böyük fənərlə üzərimizə işıq salırdılar.
25 günlük təlim toplanışı zamanı bizə həvalə edilmiş mövqelərdə gördüklərimin hamısı ordunun problemlərinin dərin və sistemli olduğunu göstərir. Bizə bu gün elə indi təhlükəsiz səngərlər, düzgün bölüşdürülmüş ştatlar və adi silah yağı lazımdır.
Sonda bir “kiçik detal” haqqında: bizə həvalə edilmiş mövqelərin heç birində odun doğramaq üçün balta belə yox idi, halbuki yüksəklikdə hava soyuq idi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 05 Avqust 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















