Ordumuzun “1 nömrəli səfərbərlik” vəziyyətinə gətirilməsi nə deməkdir?
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, ötən gün İran ərazisindən Naxçıvana dronla hücum həyata keçirilib. Nəticədə Naxçıvan aeroportunun terminalı və Şəkərabad kənd məktəbinə ziyan dəyib. 4 nəfər xəsarət alıb.
Ardınca dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda bir sıra məqamlarla bağlı tapşırıqlarını verən Prezidentin Silahlı Qüvvələrlə bağlı açıqlamasa xüsusilə diqqət çəkib. Belə ki, Prezident İlham Əliyev Silahlı Qüvvələrin “1 nömrəli səfərbərlik” vəziyyətinə gətirildiyini açıqlayıb.
Bəs “1 nömrəli səfərbərlik” nə deməkdir? Hansı hallarda tətbiq olunur?
Globalinfo.az xəbər verir ki, İTV bununla bağlı süjet hazırlayıb və hərbi ekspertlərin məsələ ilə bağlı fikirlərini alıb.
Bildirilib ki, “1 nömrəli səfərbərlik” zamanı hərbi hissələr kazarma şəraitinə keçir. Bu isə o deməkdir ki, hərbçilərin məzuniyyət və ezamiyyətləri müvəqqəti olaraq ləğv edilir və şəxsi heyət tam tərkibdə xidmət yerində olmalıdır.
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:420
Bu xəbər 07 Mart 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















