“Ordu”nun baş məşqçisi: “Ümid edirəm ki, birinci yeri qoruyub saxlaya bilərik” Ə ŞƏRH
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Voleybol üzrə Azərbaycan çempionatı davam edir. Doqquzuncu turda “Ordu” “Azərreyl”i (3:1) məğlub edərək vahid liderliyi ələ keçirib.
“Ordu” komandasının hazırda 19 xalı var. Lakin növbəti pillədə olan “Neftçi” (18 xal) bu gün “Xilasedici" (15) ilə qarşılaşacaq və qələbə qazanaraq zirvəni geri qaytara bilər.
İdman.Biz-in məlumatına görə, “Ordu” komandasının baş məşqçisi Cavid Süleymanov çempionluğu qazanmaq əzmindədir.
“Hamı bilir ki, zirvədə qalmaq ora çatmaqdan daha çətindir. Bizi birinci yerdən sıxışdırmaq cəhdlərinə hazırıq və mən mütləq taleyimizin rəqiblərimizin deyil, öz əlimizdə olmasını istərdim. Ümid edirəm ki, çempionatın sonuna qədər birinci yeri qoruyub saxlaya bilərik”, - deyə “Ordu” komandasının baş məşqçisi bildirib.
Vüqar Vüqarlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 13 Yanvar 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















