Icma.az
close
up
RU
Orduya böyük sərmayə qoymuşuq: Azərbaycanla müharibə...

Orduya böyük sərmayə qoymuşuq: Azərbaycanla müharibə...

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə ordumuza böyük sərmayələr qoymuşuq və islahatlar aparmışıq. Birincisi, hərbi qulluqçulara peşəkar ixtisaslarından asılı olaraq maaşlarını ikiqat artırmağa imkan verən könüllü sertifikatlaşdırma proqramı mövcuddur. Bu gün ordumuzda on minlərlə hərbçi könüllü sertifikatlaşdırma nəticəsində sertifikatlaşdırmadan əvvəlki maaşlarından 30, 50, 100 faiz və hətta daha çox maaş alır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Ordumuzda 700 min dram (təxminən 1800 dollar) maaş alan çoxlu sayda sıravi əsgər var. Zabitlərin maaşı 1, 1,5, 2 milyon dramdan çox ola bilər. Son illərdə ordumuzun heç vaxt sahib olmadığı keyfiyyətdə və parametrlərdə çoxlu sayda müasir silah və hərbi texnika əldə edilib. Əldə edilən avadanlıq bahalı və çox sayda olduğundan buna xeyli maliyyə vəsaiti xərclənib. Amma çox vacib bir suala da cavab vermək lazımdır: niyə eyni şey 2018, 2019, 2020, 2021, 2022-ci illərdə edilmədi? Silah və avadanlıq satmaq potensialına malik beynəlxalq tərəfdaşlarımızın demək olar ki, hamısı iki əsas səbəbdən Ermənistana silah satmaqdan nəzakətlə imtina edib:

1. Onlar bu silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirilməyəcəyinə əmin deyildilər.

2. Onlar bu silahların gizli parametrlərinin KTMT-yə ötürülməyəcəyindən əmin deyildilər və sözügedən təşkilata da üzvlük buna əngəl idi.

2022-ci ilin sentyabr ayından etibarən KTMT tərəfdaşlarımız Ermənistanın təhlükəsizliyinə və ərazi bütövlüyünə zəmanət vermək üçün bizimlə bağladıqları müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etdilər. Onlar həmçinin Ermənistanın artıq ödədiyi yüz milyonlarla dollar dəyərində silah və avadanlıq tədarük etməkdən imtina etdilər. Bu, Ermənistan üçün təhlükə yaradırdı, dövlətçiliyimizi məhv etmək və suverenliyimizi ləğv etmək qərarının verildiyi açıq-aydın görünürdü.

Bu ölümcül təhlükə iki həlledici hadisə nəticəsində aradan qaldırıldı: 6 oktyabr 2022-ci ildə Praqada dördtərəfli formatda əldə edilən siyasi razılaşma. Bu razılaşmaya əsasən, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və Ermənistanın KTMT-dəki üzvlüyünün dondurur. Biz bu strategiyanı ardıcıl olaraq davam etdirəcəyik.

Açıq şəkildə bildirmişik və bildiririk ki, Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadrat kilometrlik ərazisini müdafiə etməkdən başqa heç bir vəzifəsi yoxdur və beynəlxalq müqavilələrə əsaslanan sülhməramlı missiyalarda iştirak etməkdən başqa heç bir vəzifəsi olmayacaq.

Ermənistanın işğal olunmuş ərazilərinə gəldikdə isə Ermənistan və Azərbaycan demarkasiya komissiyalarının birgə fəaliyyəti haqqında qətnamədə qeyd olunan bu məsələ ilə bağlı qərar artıq hər iki ölkədə ali hüquqi qüvvəyə malikdir və məsələ demarkasiya prosesi zamanı həll olunacaq. Amma onu da vurğulamaq istəyirəm ki, biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Yanvar 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri