Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Orduya “Həyəcan” siqnalı bütün generallar...

Orduya “Həyəcan” siqnalı bütün generallar...

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polkovnik: “Əsgərimizin, zabitimizin əli daim tətikdə olmalıdır”

Müdafiə Nazirliyinin rəhbər heyəti 2025-ci ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən komanda-qərargah təlimini izləyib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Xəritə üzərində tapşırıqlar dəqiqləşdirildikdən sonra komandir heyətinin qərarlara dair müvafiq məruzələri dinlənilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, plana uyğun olaraq, “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb. Döyüşə hazırolma vəziyyətinə gətirilmə üzrə ərazidə maskalanma və mühafizənin təşkilinə dair fəaliyyətləri yerinə yetirən bölmələr, həmçinin müasir üsul və vasitələrin tətbiqi ilə döyüşaparma və özünümüdafiə üzrə məşğələləri icra ediblər.

Müdafiə naziri bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin qərar qəbuletmə və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, qərargahlar və bölmələr arasında qarşılıqlı əlaqənin təmin olunması məqsədilə keçirilən təlimin gedişatını müsbət qiymətləndirib.

General-polkovnik Z.Həsənov şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daha da təkmilləşdirilməsi məqsədilə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Sıradan bir hazırlıq olsa da, regionda artan gərginliklər fonunda diqqət çəkir.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, hərbi təlimlər öncədən qəbul edilmiş plan üzrə və zərurət olanda plandankənar həyata keçirilir. Bu günlərdə keçirilən komanda-qərargah təlimləri adi və öncədən tərtib olunmuş plana əsasən keçirilən təlimlərdir: “Qoşunların döyüş hazırlığının yüksək səviyyədə olması daim yoxlanmalıdır və qiymətləndirilməlidir. Bütün bölmələr üzrə yoxlanılır və hər birinin qarşısında konkret tapşırıqlar qoyulur. Güman etmirəm ki, haqqında söhbət etdiyimiz komanda-qərargah təlimləri sırf hazırda regionda müşahidə olunan gərginliklərə görə keçirilir”.

Polkovnikin sözlərinə görə, ancaq şübhəsiz ki, təlimlərin əvvəldən qəbul edilmiş plana uyğun olaraq keçirilməsinə baxmayaraq hazırda regionda gərginliklərin artmaqda olduğu dövrlə eyni vaxta düşməsinin mənası və müsbət əhəmiyyəti var: “Ordumuz hər cür vəziyyətə hazır olmalıdır. Bu cür təlimlər hazırlığın daha da mükəmməl səviyyəyə çatmasında sözsüz ki, öz təsirini göstərir. Ermənistan hərbi rəhbərliyi şübhəsiz ki, Azərbaycan Ordusunun keçirdiyi istənilən hərbi təlimləri izləyir, necə ki, biz onların hərbi təlimlərini izləyirik. Ordumuzun yüksək səviyyədə təlimlər keçirməsi dolayısı ilə Ermənistan üçün xəbərdarlıq kimi də qəbul edilməlidir. Eləcə də digər region dövlətləri, regionda marağı olan dövlətlər Azərbaycan silahlı qüvvələrinin döyüş hazırlığının, operativliyinin şahidi olurlar. Azərbaycanla bağlı düşündükləri addımlara, davranışlara gəldikləri nəticələr şübhəsiz təsir göstərir. Ona görə də hesab edirəm ki, ordumuzun bütün qoşun növləri üzrə təlimləri sistemli şəkildə həm plan üzrə, həm də plandan kənar keçirilməlidir. Bu, ancaq və ancaq faydamızadır, qoşunlarımızın döyüş hazırlığı səviyyəsini yüksəldir, çevikliyini artırır.  Əsgərimizin, zabitimizin əli daim tətikdə olmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri