Orenburq un futbolçusu Səid Saharhizan İrandan Azərbaycan vasitəsilə çıxa bilər
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Rusiyanın "Orenburq" klubunun iranlı hücumçusu Səid Saharhizan İrandan Azərbaycan vasitəsilə çıxa bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə klubun idman direktoru İsmayıl İbrahimov "Sport Ekspress"ə açıqlamasında bəyan edib.
O, Saharhizanın hazırda İranda olduğunu bildirib.
"İnter"in futbolçusu Mehdi Taremi quru yolla ölkədən çıxmağa cəhd etsə də, bu, mümkün olmadı. Biz isə quru yol, Azərbaycan üzərindən keçid, hava nəqliyyatı kimi bütün mümkün variantları nəzərdən keçiririk. Amma hələlik vəziyyət bir neçə gün əvvəlki kimidir, dəyişən bir şey yoxdur", - deyə İ.İbrahimov qeyd edib.
Xatırladaq ki, İranın hava məkanı 13 iyun tarixindən etibarən İsrailin ölkəyə zərbələr endirməsi səbəbi ilə bağlanıb.
Səid Saharhizan 2024-cü ilin yayından "Orenburq" klubunda çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 30 oyunda iştirak edib, səkkiz qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















