“Oreşnik”in növbəti hədəfləri bu yerlər olacaq Deputat AÇIQLADI
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa orta mənzilli “Oreşnik” raketlərinin növbəti hədəflərini açıqlayıb. Onun sözlərinə görə, növbəti hədəflər Ukrayna Silahlı Qüvvələrinin aerodromları ola bilər.
Sfera.az xəbər verir ki, deputat Lenta.ru ilə söhbətində “Oreşnik”in növbəti mümkün hədəfinin adını açıqlayıb:
“Fikrimcə, növbəti zərbə F-16 təyyarələrinin yerləşdiyi aerodromlara ola bilər. Bu zərbələr bu ev aerodromlarını məhv edərək ingilis və fransız qanadlı raketlərinin istifadəsini əhəmiyyətli dərəcədə azaldacaq və çətinləşdirəcək”.
Xatırladaq ki, bir müddət əvvəl jurnalistlər Rusiya Prezidenti Vladimir Putinə Ukraynada qərar qəbuletmə mərkəzlərinə, “Oreşnik” raketləri ilə mümkün hücumlarla bağlı sual veriblər. Putin bu suala cavabında hər şeyin mümkün olduğunu bildirib.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 29 Noyabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















