Icma.az
close
up
RU
Orqan köçürülməsi ilə bitmir transplantasiyadan sonrakı həyat MÜSAHİBƏ

Orqan köçürülməsi ilə bitmir transplantasiyadan sonrakı həyat MÜSAHİBƏ

Lent az saytına istinadən Icma.az xəbər verir.

Orqan köçürülməsi müasir tibbin ən böyük nailiyyətlərindən biri olmaqla minlərlə insan üçün yeni bir həyat imkanı yaradır. Lakin transplantasiya əməliyyatı uğurlu nəticənin yalnız ilk mərhələsidir. Köçürülmüş orqanın uzunmüddətli qorunması və xəstənin sağlamlığının stabil saxlanılması üçün immunosupressiv preparatların düzgün qəbulu və onların qandakı səviyyəsinin müntəzəm laborator nəzarəti həlledici rol oynayır. 

Lent.az Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının Baş direktoru Mətanət Axundova ilə müsahibəni təqdim edir.

- Nə üçün orqan köçürülməsindən sonra qanda immunosupressant dərmanların miqdarına nəzarət etmək vacibdir?

- Orqan köçürülməsi insan həyatını xilas edən çox önəmli və mürəkkəb bir əməliyyatdır. Orqan transplantasiyasından sonra immunosupressantların qəbulu vacibdir, çünki insanın immun sistemi təbii olaraq tranplantasiya edilmiş orqanı “yad” kimi qəbul edir.

İmmunosupressantlar müntəzəm qəbul edilmədikdə və ya qanda səviyyəsi azaldıqda immun sistemi yenidən aktivləşir. Bu da xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur. Bu səbəbdən müntəzəm olaraq qanda laborator müayinə aparılmaqla immunosupressantların səviyyəsinə nəzarət olunmalıdır. İmmunosupressiv dərmanların düzgün dozada və müntəzəm qəbulu uğurlu transplantasiyanın əsas şərtlərindəndir.

- İmmunosupressiv preparatların terapevtik monitorinqi hansı analitik üsullarla həyata keçirilir?

- Orqan transplantasiyası olunmuş xəstələrdə immunosupressiv preparatların qandakı səviyyəsinin cüzi dəyişkənliyi belə terapiyanın effektivliyinə ciddi təsir göstərə bilir. Buna görə də, qanda dərman konsentrasiyasının dəqiq və etibarlı şəkildə ölçülməsi klinik baxımdan həyati əhəmiyyət daşıyır.

Laboratoriyamızda olan yüksək dəqiqlik və həssaslığa malik ikiqat kütlə spektrometriyalı maye xromatoqrafı (LC-MS/MS) immunosupressantların (məsələn, takrolimus, siklosporin, sirolimus, everolimus), hətta çox aşağı konsentrasiyalarını belə dəqiqliklə müəyyən etməyə imkan verir. İkiqat kütlə spektrometriyalı maye xromatoqrafının seçiciliyi və dəqiqliyi çox yüksək olduğu üçün beynəlxalq səviyyədə müvafiq analizlərin həyata keçirilməsi üçün “qızıl standart” hesab edilir. Alınan nəticələrə əsasən müalicə həkimi uyğun dozanı seçir və nəticədə müalicənin effektivliyi və xəstənin həyati təhlükəsizliyi qorunur.

- Orqan transplantasiyası olunmuş xəstələrdə immunosupressiv dərmanların normadan artıq və ya az qəbul edilməsi hansı patofizioloji dəyişikliklərə və klinik risklərə yol açır?

- İmmunosupressiv dərmanların müalicə həkimi tərəfindən təyin edilmiş dozadan az qəbul edilməsi immun sistemin həddən artıq zəifləməsinə səbəb olur. Nəticədə, orqanizmdə infeksiyalara qarşı yüksək həssaslıq yaranır, infeksiyaların inkişaf riski artır. Bu isə transplantasiya olunmuş orqanlarda rəddolunma riskinin artmasına, autoimmun xəstəliklərin kəskinləşməsinə, iltihab proseslərinin yenidən aktivləşməsinə və ümumilikdə müalicənin effektivliyinin azalmasına gətirib çıxara bilir. Dozanın çoxluğu isə dərmandan asılı olaraq qaraciyər, böyrək və sümük iliyində zədələnmələrə səbəb olur, həmçinin qan azlığı kimi hematoloji pozğunluqlar törədə bilir.

- Eyni dərmanın fərqli insanlarda fərqli nəticə verməsinin səbəbləri hansılardır?

- İmmunosupressiv dərmanların eyni dozada müxtəlif insanlarda fərqli təsir göstərməsi orqanizmin genetik xüsusiyyətləri, qaraciyər və böyrək fəaliyyətinin səviyyəsi, yaş, cins, bədən çəkisi və ümumi sağlamlıq vəziyyəti ilə bağlıdır. Genetik fərqlər dərmanları parçalamaq üçün lazım olan fermentlərin fəaliyyətini dəyişdirdiyindən eyni dərman bir insanda tez parçalanaraq zəif təsir göstərə, digərində isə gec metabolizə olunaraq daha güclü təsir yarada bilər.

Qaraciyər və böyrək funksiyasında olan fərqlər də dərmanların orqanizmdə yığılma və xaricolma sürətinə təsir edir. Həmçinin, digər dərmanlarla qarşılıqlı təsirlər, bəzi qidalar, siqaret və alkoqol kimi həyat tərzi faktorları immunosupressiv dərmanların təsir gücünü dəyişdirə bilir. Buna görə immunosupressiv dərmanların dozası hər bir xəstənin fərdi xüsusiyyətləri nəzərə alınaraq tənzimlənməli və müntəzəm laborator nəzarət altında saxlanmalıdır.

- Orqan transplantasiyası olunmuş xəstələrdə qanda immunosupressiv dərman monitorinqinin vaxtında aparılmaması nəyə gətirib çıxarır?

- Orqan transplantasiyası olunmuş xəstələrdə qanda immunosupressiv dərmanların laborator monitorinqinin vaxtında aparılmaması ciddi klinik və patofizioloji nəticələrə gətirib çıxarır. Vaxtında aparılmayan laborator nəzarət həm terapevtik effektin azalmasına, həm də təhlükəli yan təsirlərin artmasına səbəb ola bilir. Bundan əlavə, orqan transplantasiyası olunmuş xəstələrdə laborator müayinələrin gecikməsi bir neçə səbəbdən psixoloji gərginlik və narahatlıq yarada bilər. Xəstə immunosupressiv dərmanların səviyyəsinin norma daxilində olub-olmadığını və transplant olunmuş orqanın necə işlədiyini bilmədikdə, bu qeyri-müəyyənlik narahatlıq səviyyəsini artırır və müayinələrin vaxtında aparılmamasının, terapiyanın kifayət qədər effektiv olmamasına və orqanın rədd olunma riskinin artmasına gətirib çıxara biləcəyi anlayışı stresi gücləndirir.

Bu səbəbdən, orqan transplantasiya olunmuş xəstələrdə qanda immunosupressiv dərmanların monitorinqi müntəzəm və vaxtında aparılmalıdır. Eyni zamanda, doza tənzimləmələri laborator nəticələr və klinik göstəricilər əsasında müəyyən edilməlidir. Müntəzəm laborator monitorinq köçürülmüş orqanın qorunması, dozanın optimal terapevtik səviyyədə saxlanması və xəstənin klinik təhlükəsizliyinin təmin olunması baxımından həyati əhəmiyyətlidir.

- Dəqiq nəticələrin əldə olunması üçün immunosupressiv preparatlar qəbul edən xəstələr laborator müayinədən öncə hansı qaydalara əməl etməlidirlər?

- Orqan köçürülməsindən sonra xəstənin həyatı immunosupressiv preparatların qəbuluna necə riayət etməsindən birbaşa asılıdır. İmmonosupressiv preparatlar həkimin təyin etdiyi dozada və saatda qəbul edilmədikdə köçürülmüş orqanı qorumaq mümkün olmur. Çünki qəbul vaxtının dəyişməsi dərmanın orqanizmdəki miqdarına təsir göstərir. Heç bir halda dərmanın dozasını özbaşına artırmaq və ya azaltmaq olmaz. Bu qərarı yalnız laborator müayinələrin nəticələrinə istinadən müalicə həkimi verə bilər.

Bəzi xəstələr özlərini yaxşı hiss etdikdə dərmanın dozasını azaltmağa, bəzən isə daha tez sağalmaq ümidi ilə artırmağa çalışırlar. Lakin bu, çox təhlükəlidir. Hər iki hal transplantasiya olunmuş orqanın funksional pozğunluğuna və xəstənin ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər. Həmçinin, xəstələr yeni dərman, vitaminlər, qida əlavələri qəbul etməzdən əvvəl mütləq müalicə həkimləri ilə məsləhətləşməlidirlər. Çünki bəzi maddələr immunosupressantların təsirini zəiflədə və ya gücləndirə bilər. Bu isə dərman səviyyəsində kəskin dəyişiklik yaradır.

Unutmamalıyıq ki, immunosupressantlar transplantasiya olunan orqanın yeni sahibinə uyğunlaşmasını təmin edən ən vacib vasitədir. Onlara düzgün riayət etmək orqanın uzun illər sağlam qalmasına şərait yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri