Icma.az
close
up
RU
Orqanizm təmizlənməsinin SADƏ ÜSULU

Orqanizm təmizlənməsinin SADƏ ÜSULU

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Tübaj öd kisəsinin yuyulması prosesidir, çox səmərəli müalicəvi və profilaktik üsuldur.

Tübaj həzmi yaxşılaşdırır, öd kisəsində olan durğunluqla mübarizə aparır, ən əsası isə öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

Azertag.az bildirir ki, tübaj etməyə qərar verərkən ilk növbədə öd kisəsində daş olmadığına əmin olmaq lazımdır, əks halda hətta çox kiçik, hətta ağrı verməyən "lal" daşlar da tübajın təsiri ilə öz yerini dəyişib öd axarını bağlaya bilər və təcili cərrahi əməliyyata ehtiyac yaranar. Ona görə də prosesdən əvvəl mütləq ultrasəs müayinəsindən keçmək və həkimlə məsləhətləşmək lazımdır. Kəskin xolesistiti, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi də tübaj üçün əks göstəriş sayılır. Həmin xəstəliklər olmayanda tübajdan istifadə etmək daha yaxşı nəticə verir.

Tübay etmək üçün axşamdan 500 ml mineral su açıq qaba tökülərək səhərə qədər saxlanılır ki, tərkibində olan qazlar çıxsın. Mineral su 40-45 dərəcəyə qədər qızdırılır, səhər tezdən acqarına iki-üç qurtum su içilərək 3-5 dəqiqə bel və sağ böyrü üstə uzanılır. Sağ böyrün qabırğaaltı nahiyəsinə dərini yandırmamaq üçün isti su ilə dəsmala bükülmüş isitqaç qoyulur. Sonra ayağa qalxıb və ya oturulu vəziyyətdə yenə də iki-üç qurtum su içilərək uzanılır. Həmin qayda ilə təxminən yarım saat ərzində yarım litr su içilir və yenə uzanılır. Tübaj nəticəsində öd qatılığı azalır, öd kisəsinin hərəkətliliyi artır, hətta ilk tübajdan sonra ağızda acılıq, gəyirmə və sağ qabırğaaltı nahiyədə ağırlıq hissi keçir.

On gündən artıq tübajı təkrar eləmək olmaz. Prosedur ikinci dəfə aparılanda həkimin məsləhəti ilə mineral suya ödqovucu vasitələrdən biri əlavə edilməlidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri