Icma.az
close
up
RU
Orqanizmi ən yaxşı təmizləyən 6 MƏHSUL

Orqanizmi ən yaxşı təmizləyən 6 MƏHSUL

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsan orqanizminə hər gün qida, hava, su ilə bərabər müxtəlif ziyanlı maddələr də daxil olur.

Digər tərəfdən ziyanlı maddələr orqanizmin özündə müxtəlif proseslərin nəticəsində əmələ gəlir. Mükəmməl yaradılmış insan orqanizmində bu ziyanlı maddələrdən təmizlənmək üçün bir neçə "təmizləyici" sistem var. Qara ciyər, böyrəklər, bağırsaqlar, dəri orqanizmi hər dəqiqə ziyanlı maddələrdən təmizləyir. Lakin bəzən orqanizmə düşən və ya burada əmələ gələn ziyanlı maddələrin həcmi o dərəcədə çox olur ki, orqanizm təmizləmə işinin öhdəsindən tam şəkildə gələ bilmir. Nəticədə orqanizmdə müxtəlif pozulmalar inkişaf edir - allergiyalar, immun sisteminin zəiflənməsi, dəri və saç problemləri, ürək, qara ciyər və s. xəstəliklərinin inkişafı.

Bəzi məhsullar var ki, bu məhsullar orqanizmdən ziyanlı maddələrin çıxarılmasını sürətləndirir. Bu məhsullar arasında:

- Kələm. Qidalı liflərlə olduqca zəngin olan kələm bağırsaqları əsaslı şəkildə təmizləyir, burada yığılan toksinlər və ağır metalların xaric olunması prosesini sürətləndirir. Bundan əlavə kələmdə nadir U vitamini var ki, bu vitamin ziyanlı maddələri öldürür.

Kələmi çiy şəkildə qəbul etmək daha yaxşıdır. Lakin bəzi insanlarda bu meteorizm (köp), qarında ağrılara və s. xoşagəlməz hisslərə səbəb olur. Bu halda kələmi pörtlədilmiş şəkildə qəbul etmək olar.

Kələm şirəsi də olduqca xeyirli məhsuldur. Belə hesab olunur ki, kələm şirəsi mədədə və 12 barmaq bağırsağında xoraları sağaldır.

- Çuğundur bağırsaqlar üçün 1 nömrəli təmizləyicidir. Çuğundur bağırsaqların mikroflorasını yaxşılaşdırır - pis bakterilərlə mübarizə aparır, yaxşı bakterilərin sayının artmasına kömək edir. Digər tərəfdən çuğundurda olan "betain" maddəsi qara ciyərdə təmizləmə prosesləri sürətləndirir.

Çuğundur bişmiş şəkildə qəbul olunmalıdır. Çuğundur şirəsi də çox xeyirlidir. Çuğundur şirəsinin yarıbayarı kök şirəsi ilə qarışdırıb qəbul etmək tövsiyə edirlər. Belə şirə orqanizmi cavanlaşdırır və təmizləyir.

- Sarımsaq məşhur iltihab və mikrobəleyhinə vasitədir. Sarımsağın damarları  xolesterindən təmizləmək xüsusiyyəti tibbdə çoxdan təsdiq olunub. Həmçinin sarımsaq orqanizmi burada yaşayan və allergiya, immunitetin zəifləməsi və s. problemlər yaradan qurdlardan təmizləyir.

Sarımsağı çiy şəkildə qəbul etmək lazımdır. Gün ərzində 1 diş sarımsaq yeyən insan özünün bir çox sağlamlıq problemlərindən sığortalaya bilər.

- Sarımsaq kimi, soğan da fitonsidlərlə zəngindir. Bu maddələr bir çox ziyanlı mikrobları və göbələkləri öldürür.

Soğanı çiy şəkildə qəbul etmək daha yaxşıdır.

- Pektin və liflərlə zəngin olan alma bağırsaqları şlaklar və toksinlərdən təmizləyir.

Almanı çiy şəkildə qabığı ilə birlikdə yemək lazımdır. Alma şirəsi də çox xeyirlidir.

- Təəssüf ki, avokado bizdə çox populyar deyil. Bütün dünyada bu məhsul qara ciyər üçün ən faydalı məhsullardan biri sayılır. Avokado qara ciyəri çox yaxşı təmizləyir, onun funksiyasını yaxşılaşdırır, orqanizmi artıq xolesterindən azad edir.

Avokado çiy şəkildə yeyilir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri