Orqanizmin əsas detoks sistemi qaraciyər və böyrəklərdir Həkim
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bayram günlərində qida rasionunun normadan artıq zəngin və kalorili olması orqanizmdə, xüsusilə həzm sistemi üzərində əlavə yük yaradır. Nəticədə şişkinlik, mədə yanması, halsızlıq, yuxululuq və bəzən də çəki artımı müşahidə olunur.
Bunu qastroenteroloq Ramil Məmmədli Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, bayramdan sonra əsas məqsəd orqanizmi “cəza rejiminə” salmaq deyil, onu tədricən balanslı qidalanmaya qaytarmaqdır:
“İlk növbədə, qəfil aclıq və ya kəskin pəhrizlərdən uzaq durmaq lazımdır. Bir çox insan bayramdan sonra günlərlə az yeməyə və ya yalnız maye qidalar qəbul etməyə çalışır. Bu isə maddələr mübadiləsini zəiflədir, halsızlığı artırır və sonradan daha çox yeməyə səbəb olur. İkinci mühüm addım su balansının bərpasıdır. Bayram günlərində duzlu və yağlı qidalar çox qəbul edildiyi üçün orqanizmdə maye tutulması baş verir. Gün ərzində kifayət qədər su içmək toksinlərin atılmasına, həzmin yaxşılaşmasına və ödemin azalmasına kömək edir. Qidalanmada yüngül, lakin qidalı yeməklərə üstünlük verilməlidir”.
O deyib ki, tərəvəz şorbaları, buxarda bişmiş tərəvəzlər, qaynadılmış və ya sobada hazırlanmış ağ ətlər, yoqurt və kefir kimi məhsullar həzm sistemini yormadan bərpa prosesini sürətləndirir:
“Qızardılmış, çox yağlı və şirin qidalar isə ilk günlərdə məhdudlaşdırılmalıdır. Tez-tez yol verilən səhvlərdən biri də “detoks” adı altında nəzarətsiz içkilər və qarışıqlar qəbul etməkdir. Bu cür üsullar tibbi əsaslara söykənmir və xüsusilə mədə-bağırsaq, böyrək və qaraciyər problemləri olan insanlar üçün risklidir. Orqanizmin əsas detoks sistemi qaraciyər və böyrəklərdir və onları qorumağın yolu balanslı qidalanmadır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:“İmmun sistemi orqanizmin ən güclü müdafiə mexanizmidir” HƏKİM DANIŞDI
26 Sentyabr 2025 17:00
Utananda niyə qızarırıq? Həkim orqanizmin sirrini açıqladı
01 Aprel 2025 02:33
Orqanizmin təmizlənməsi
17 Noyabr 2024 09:08
Orqanizmin dondurulub gələcəkdə dirildilməsi hələlik mümkün deyil HƏKİM DANIŞDI
21 Avqust 2025 11:56
İmmunitetimizi necə gücləndirək? Həkim orqanizmin üç müdafiə xəttindən danışdı
19 Mart 2025 08:01
Baxış sayı:110
Bu xəbər 06 Yanvar 2026 18:38 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları