Icma.az
close
up
RU
Orta Asiyada milli şüur, türkçülük ənənələri dirçəlir: Tokayevdən Putinə TUTARLI CAVAB

Orta Asiyada milli şüur, türkçülük ənənələri dirçəlir: Tokayevdən Putinə TUTARLI CAVAB

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Rusiya prezidenti Vladimir Putinə yönəlmiş dolayısı jesti sosial mediada geniş rezonans doğurub.

Bakıvaxtı.az xatırladır ki, hadisə Rusiya prezidentinin Qazaxıstana səfəri zamanı baş verib. Belə ki, Putin çıxışı zamanı Qazaxıstanın “demək olar ki, tamamilə rusdilli ölkə” olduğunu iddia edib. Bu açıqlama Tokayevin gözlənilməz və qətiyyətli reaksiyası ilə yadda qalıb. Putinin çıxışında rus dilini vurğulamasına baxmayaraq, Tokayev öz çıxışını qazax dilində edib.

Qazax liderinin bu jesti Rusiya tərəfdarları üçün xoşagəlməz sürpriz olub. Zalda oturan rus nümayəndələr dərhal qulaqcıqlarını axtararaq tərcümə vasitələrindən istifadə etməyə məcbur qalıblar. Bu, Tokayevin qazax dilinə üstünlük verərək ölkəsinin milli kimliyini qəti şəkildə vurğulaması kimi qəbul edilib.

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Orta Asiyada milli şüur, türkçülük ənənələri dirçəlir və bu ənənələr artıq siyasətdə də hiss olunur.

Onun sözlərinə görə, türk dövlətlərinin birliyi, iqtisadi, siyasi əlaqələri də buna təkan verməkdədir:

"Təbii ki, Rusiya prezidenti hazırda kritik vəziyyət ilə bağlı müttəfiq, tərəfdaş axtarışındadır. Çünki Ukrayna müharibəsi, digər tərəfdən də Suriyada vəziyyətin qarışması fonunda Rusiyanın indi daha çox tərəfdaşa ehtiyacı var”.

Müsahibimizə görə, ola bilsin Rusiya prezidenti Qazaxıstan və digər türk dövlətlərini də öz daimi müttəfiqi, Rusiyanın yanında olan ölkə kimi təqdim etmək baxımından bu yaxınlığı bir qədər qabarıq şəkildə ifadə etməyə çalışıb:

“Lakin həqiqət də budur ki, Orta Asiya ölkələri arasında Qazaxıstan daha çox rus dilin yayıldığı ölkə olub. Ancaq son bir neçə ildə özünə qayıdış vüsət alıb və soykökünə bağlılıq, milli düşüncə aktuallaşıb".

Tural İrfan: Bu oyanış ümumikdə türk dünyasının vəhdətinə gətirib çıxaracaq

Həmsöhbətimiz qeyd edib ki, burada Türkiyə başçılığındakı türk dövlətlərinin birliyi, inkişaf edən əlaqələri, həmin ölkələrin inkişafı da rol oynayır:

"Azərbaycanın da qatıldığı bu ittifaq böyük bir gücə çevrilməkdədir ki, Qarabağ zəfəri də bu məsələyə əlavə müsbət əhval-ruhiyyə, inam qazandırdı. Qazaxıstan prezidentinin Rusiya prezidentinə cavabı da məhz milli ruhun oyanışının verdiyi cəsarətdən doğur. Orta Asiyada milli şüur getdikcə daha da oyanacaq və bu oyanış ümumikdə türk dünyasının vəhdətinə gətirib çıxaracaq".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri