Orta aylıq əməkhaqqı ARTACAQ
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Gələn il orta aylıq əməkhaqqı 9,1 faiz artırılaraq 1080,1 manata çatdırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
2025-2028-ci illərdə isə hər il 7,1 faiz artaraq 1326,4 manata çatacaq.
Qeyd edilib ki, 2025-ci ildə artımın bir qədər sürətlənməsi minimum əməkhaqqı məbləğinin 55 manat, yaxud 15,9 faiz artırılması ilə əlaqədardır.

