Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir ŞƏRH
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz layihəsi hazırda nəqliyyat, logistika və geoiqtisadi aktuallığı ilə yanaşı, çox ciddi geosiyasi əhəmiyyət də kəsb edir. Bu, hərbi əməliyyatlar, Yaxın Şərqdə yaranan münaqişə kontekstində xüsusilə vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov səsləndirib.
Politoloq Cənubi Qafqazdan başqa, bir çox bölgənin bu layihəyə maraq göstərməsi faktının vacibliyini qeyd edib: “Buraya həm Mərkəzi Asiya, həm Avropa, o cümlədən Türkiyə də daxildir. Buna görə onun əhəmiyyəti daha da artır. Yaxın Şərqdəki gərgin vəziyyət fonunda bu layihənin həyata keçirilməsi üzrə səylər, əlbəttə ki, çox mühüm əhəmiyyət kəsb edir”.
Fikrət Sadıxovun sözlərinə görə, Azərbaycan xarici siyasətini, çoxvektorlu kursunu həyata keçirərkən qarşısına bir sıra dövlətlərlə balanslı münasibətlər üzrə prioritet vəzifələr qoyur: “Bu, ilk növbədə dövlətin maraqları nəzərə alınaraq həyata keçirilir. Bu gün biz heç bir ölkə ilə münaqişəyə girmədən beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində bunu realizə edirik”.
Müəllif – Leyla Muradzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 11 İyun 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















