Icma.az
close
up
RU
Orta Dəhliz üzrə elektron qaimə pilot layihəsi həyata keçirilir

Orta Dəhliz üzrə elektron qaimə pilot layihəsi həyata keçirilir

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan hökuməti BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) dəstəyi ilə elektron qaimə (eCMR) köməkçi sistemini hazırlayacaq və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - TBNM) boyu ticarət əməliyyatlarında iştirak edən bütün tərəflərin iştirakı ilə pilot layihələr həyata keçirəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a UNECE-nin kommunikasiya şöbəsinin rəhbəri və mətbuat katibi Jan Rodriqes məlumat verib.

Onun sözlərinə görə, UNECE 2025-ci ilin fevralında Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə tərəfdaşlıq təşəbbüsü irəli sürüb. Layihə UNECE-nin Beynəlxalq Yük Daşımaları haqqında Konvensiyasının (CMR Konvensiyası), həmçinin onun Protokolunun və eCMR-in tətbiqi üçün UN/CEFACT standartlarının sadələşdirilmiş və davamlı tətbiqi üzrə yol xəritəsinə əsaslanır:

“Bizim səylərimiz TBNM-i beynəlxalq ticarət üçün daha səmərəli, qənaətcil və təhlükəsiz marşruta çevirməyə yönəlib. 2023-cü ilin noyabrında SPECA-nın TBNM-in rəqəmsallaşdırılması üzrə Yol xəritəsinin qəbul edilməsindən sonra əsas diqqət dövlət və özəl sektorların mütəxəssislərinin potensialının inkişafına və təliminə yönəldilib. Xüsusilə, məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması üçün UN/CEFACT standartları və istinad məlumat modelləri üzrə təlimlər keçirilib”.

J.Rodriqes vurğulayıb ki, bu prosesdə “Transxəzər dəhlizində ticarətin asanlaşdırılması və multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsal transformasiyası” adlı beynəlxalq seminar mühüm rol oynayıb və Bakı, Aktau və Türkmənbaşı limanlarında rəqəmsal həllərin təşviqinə kömək edib: “Azərbaycan, Qazaxıstan və Türkmənistanın seminarlarda və pilot layihələrdə fəal iştirakı onların rəqəmsallaşdırma prosesinə sadiqliyini nümayiş etdirir”.

O qeyd edib ki, ticarət, nəqliyyat və digər sahələrdə texniki standartların və hüquqi çərçivələrin harmonizasiyası 75 ildən çoxdur ki, UNECE-nin fəailiyyətinin əsas istiqamətidir:

“Ümumiyyətlə, vahid standartlar sistemlərin bir-biri ilə uyğunluğunu təmin etməyə, inzibati maneələri azaltmağa və transsərhəd əməliyyatları sadələşdirməyə imkan verir. Bu da ticarətin və iqtisadi inteqrasiyanın inkişafına kömək edir”.

Şöbə rəhbəri əlavə edib ki, UNECE 36 üzv dövlətlə, həmçinin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) və Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiya (ESCWA) ilə əməkdaşlıq edərək Avrasiya nəqliyyat əlaqələrini (“Euro-Asian Transport Links”) fəal şəkildə inkişaf etdirir:

“Burada əsas diqqət yükdaşımalarının vaxtını, xərclərini azaltmaq məqsədilə Asiya və Avropanı birləşdirən dəmir yolu və avtomobil marşrutlarının optimallaşdırılmasına yönəlib. Məqsədimiz bu nəqliyyat dəhlizlərini yük qatarları və avtomobil nəqliyyatı üçün daha rahat etmək, logistika xərclərini minimuma endirməkdir”.

Onun sözlərinə görə, UNECE həmçinin regionda rabitəliliyi artırmaq üçün blokçeyn, Əşyaların İnterneti (IoT) və süni intellekt kimi qabaqcıl texnologiyaların inteqrasiyası imkanlarını araşdırır:

“Blokçeyn transaksiyaların dəyişməz uçotunu təmin edərək şəffaflığı və təhlükəsizliyi artıra bilər. Bu, xüsusilə malların mənşəyinin izlənilməsi, ESG standartlarına uyğunluq və dələduzluq səviyyəsinin azaldılması üçün vacibdir. Biz həmçinin ticarət prosedurlarını sadələşdirmək üçün blokçeynin tətbiqini nəzərdən keçiririk”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Mart 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri