Icma.az
close
up
RU
Orta məktəblərdə süni intellektlə bağlı fənn keçirilməlidir İKT mütəxəssisi

Orta məktəblərdə süni intellektlə bağlı fənn keçirilməlidir İKT mütəxəssisi

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyada məktəblilər üçün süni intellektlə bağlı dərsliklər nəşr edilib. Proqramın orta məktəbin beşinci sinfindən doqquzuncu sinfinə qədər öyrədilməsi nəzərdə tutulur. Süni intellektin köməyindən artıq bütün dünyada geniş istifadə olunmağa başlanılıb. Azərbaycanda da məktəblərdə süni intellektlə bağlı ayrıca fənn tədris olunmalıdırmı? Maraqlıdır, şagirdlərə bunun nə kimi faydası olacaq?
Məsələ ilə bağlı İKT sahəsi üzrə ekspert Elvin Abbasov Demokrat.az-a fikirlərini bölüşüb. Onun sözlərinə görə hal-hazırda bu mövzu bütün dünyada tərəqqi edən informasiya texnologiyaları sahəsində yeni çağırışlardan ibarətdir:
“Bütün ölkələrdə bir çox sahədə - təhsil olsun, qurumların özlərinin süni intellektə inteqrasiyası olsun, inkişaf gedir. Fundamental qanunvericilik dəyişir, inkişaf edir. Həmçinin təhsil sistemində də süni intellektin tətbiqi nəzərdə tutulur. Bəzi ölkələrdə universitet səviyyəsində, bəzilərində isə orta məktəb pilləsində təhsil sistemi artıq süni intellekti özündə ehtiva edir”. 
Ekspertin fikrincə, Azərbaycanda hələ ki belə bir təşəbbüs olmasa da, bunun baş verməsi labüddür:
“Çünki nə qədər aşağı yaşlardan texnologiyaya inteqrasiya edə bilsək gənclərimizi onlar gələcəkdə texnologiyadan daha rahat istifadə edə biləcəklər. Bu, çox əhəmiyyətli məsələdir, yəni aşağı yaşlardan dövlətin gəncləri texnologiyaya təşviq etməsi. Azərbaycanda bu istiqamətdə addımlar atılmalıdır. Hələ ki mən Elm və Təhsil Nazirliyindən belə bir yanaşma eşitməmişəm. Olsa çox yaxşı olar, çünki daha sonrakı dövrlərdə gənclərimiz üçün rəqəmsallaşma asanlaşacaq. Yeni dövrün çağırışları informasiya texnologiyalarının daha rahat istifadəsi, onları inkişaf etdirmək, xüsusən də süni intellektə daha yaxşı adaptasiya olmaqdır. Bu da təbii ki, aşağı yaşlardan süni intellektin tədris edilməsi ilə baş verir”.
Törə Zeynallı
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Dekabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri