Icma.az
close
up
RU
Ortada çox böyük bir “oyun” var

Ortada çox böyük bir “oyun” var

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlərin əsas mövzularından biri də Ukrayna müharibəsinin həlli ilə bağlı hazırlanan sülh planıdır. 

Belə ki, ABŞ-nin təqdim etdiyi sənəd 28 maddədən ibarət idi. Bu sülh planına əsasən, Krım, Luqansk və Donetsk Rusiya əraziləri kimi tanınmalı, Kiyev qoşunlarını Donetsk vilayətinin işğal olunmamış hissəsindən çıxarmalı, Zaporojye və Xerson vilayətlərində isə tərəflərin təmas xətti boyunca hərbi əməliyyatları dondurmalıdırlar. 

Üstəlik, Ukrayna NATO-ya qoşulmaqdan imtina etməsini konstitusiyasında təsbit edəcək, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını 600000 nəfərlə məhdudlaşdıracaq və NATO qoşunlarının ölkədə yerləşdirilməsi qadağan olunacaq. 

Bundan başqa, Rusiyaya qarşı sanksiyaların da tədricən aradan qaldırılması nəzərdə tutulur. Plana əsasən, Kiyev ABŞ-dən təhlükəsizlik zəmanəti alacaq, Moskva isə Avropa və Ukraynaya qarşı təcavüzkarlıq etməmək siyasətini qanunla təsdiqləyəcək. 

Müqavilə imzalandıqdan 100 gün sonra isə Ukraynada prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Son günlərdə isə sözügedən plandakı maddələrin 19-a endirildiyi deyilir. Lakin rəsmi Kiyevin bu razılaşmaları qəbul etməyəcəyi təqdirdə ABŞ-nin Ukraynaya verdiyi bütün yardımları tamamilə dayandıracağı iddia olunur. 

Maraqlıdır, Ukrayna bu planı qəbul edəcəkmi? ABŞ həqiqətən Kiyevə verdiyi dəstəyi dayandıra bilər? Ümumiyyətlə, indiki vəziyyətdə Ukraynanın ABŞ-nin dəstəyi olmadan müharibəni davam etdirəcəyi nə dərəcədə realdır? 

Bütün bu sualları politoloq Natiq Miri “Cümhuriyət”-ə açıqlamasında cavablandırıb. O bildirib ki, ABŞ-nin Ukraynaya dəstəyini tam dayandıracağını gözlənilmir: 

“Çünki bəzən mediada şişirdilmiş və ya dezinformasiya xarakterli məlumatlar yayılır. Ancaq bu gün konkret gerçək ondan ibarətdir ki, Ukrayna ilə ABŞ arasında 28 maddəlik sülh mətni korrektələrə məruz qalaraq 19 bəndə endirilib. Bu da o deməkdir ki, bir çox kritik məsələlərdə, xüsusilə də Ukraynanın təhlükəsizliyi və suverenliyi məsələsində Kiyevin maraqları nəzərə alınıb. 

Ortada çox böyük bir “oyun” var. “Sülh planı” adı ilə təqdim olunan mətn birdən ortaya çıxmayıb. Bu sənədin ABŞ ilə Rusiya arasında birgə işlənib hazırlandığı hər kəsə bəllidir. Ukrayna, Avropa İttifaqı və Kiyevi dəstəkləyən digər dövlətlər bu plana qarşı çıxdı. Hətta Vaşinqtondakı siyasi elita da hərəkətə keçdi. Prezident Donald Tramp və onun administrasiyasına qarşı təzyiqlər başladı. Məhz bunun nəticəsidir ki, 28 maddəlik sənədin müddəaları 19-a endirildi”. 

Ekspert qeyd edib ki, sözügedən 28 maddəlik sənəd çox naşı və diplomatik cəhətdən yetərsiz təkliflər toplusudur: 

“Burada konkret bir plandan da söhbət getmir. Çünki plan bütöv bir sistemi özündə ehtiva edən sənəddir. Burada isə elə müddəalar var ki, bir-birinə və prosesə dəxli yoxdur. Bir-birini şərtləndirən müddəalardan söhbət getmir. Hiss olunur ki, prosesdə Rusiya Prezidenti Vladimir Putinin verdiyi təkliflər sənəddə birləşdirilib. 

ABŞ-də anladılar ki, Ukrayna və Qərb əleyhinə tərtib olunmuş sənədin zorla təqdim olunması və təzyiqlər qəbul edilməyəcək. Nəticə etibarilə, Kiyev-Vaşinqton münasibətlərini pozmaqla bərabər həm də NATO-da böyük bir parçalanma yaradacaq. Ona görə ki, Ukraynanın məğlubiyyəti perspektivdə Avropanın məğlubiyyəti mənasına gəlir. ABŞ-nin Ukraynaya bütün dəstəyini dayandıracağını zənn etmirəm. 

Bunun baş verməsi Tramp hakimiyyəti üçün “öldürücü” ola bilər. Cəmiyyət Trampın bu yöndə addımlarını qəbul etmir. Artıq müxtəlif əyalətlərdə “istefa” çağırışları da səslənməyə başlayıb”. Həmsöhbətimiz son zamanlarda ABŞ-də keçirilən rəy sorğularında Donald Trampın nüfuzunun təxminən 30 faizə düşməsinin də səbəbinin bu olduğunu söyləyib: “Bu isə ABŞ Prezidentlərinin qısa müddət ərzində görə biləcəyi ən aşağı nüfuz reytinqidir. 

Burada da Ukraynaya münasibət və Rusiyaya yönəlik siyasəti əhəmiyyətli dərəcədə rol oynayır”. Lakin Natiq Mirinin sözlərinə görə, ABŞ Ukraynaya dəstəyini dayandırsa belə, müharibə davam edəcək: “Əslində, yardımın dayandırılması ABŞ-nin özünə daha ağır zərbə vuracaq. Bu da ABŞ-nin təklənməsinə səbəb olacaq. 

Həqiqətən belə bir vəziyyət baş versə, Ukrayna müharibəni yenə də davam etdirə bilər. Ağ Evin bu prosesi doğru-düzgün aparmadığı hər kəsə bəllidir. Konkret müsbət nəticələrə gətirib çıxaracaq planlar təqdim edə bilmir. Avropa İttifaqı məsuliyyəti tədricən öz üzərinə götürmək məcburiyyətini anlayır. 

Lakin onu da nəzərə almaq lazımdır ki, Rusiya özünü qalib hesab edərsə, Avropa ilə müharibə başlaya bilər. Bir neçə il sonra özünə gələrək, daha da iştahlanaraq irəli getmək istəyəcək. Bu baxımdan, Kremlin iddiaları azalmır. Bu həm də keçmiş Sovet respublikaları üçün çox böyük təhlükələr vəd edir. Həm Avropa, həm də post-Sovet məkanı ölkələri təhlükənin fərqindədirlər”. 

Politoloq onu da vurğulayıb ki, Ukraynanın özünün istehsal etdiyi müasir silahlarda irəliləyişlər var: 

“Sadəcə bu istehsalı stimullaşdırmaq üçün maliyyəyə ehtiyac var. Hələ də Avropa bu problemi çevik həll edə bilmir. Düşünürəm ki, Rusiyanın maliyyə aktivləri Kiyevə verilməlidir. Müharibənin 4 il uzanmasının bilavasitə günahkarı Avropa İttifaqıdır. İndi başa düşürlər ki, çevik qərarlar mexanizmi yaradılmasa, Avropa İttifaqının gələcəyi təhlükə altına düşəcək. 

Bundan başqa, Rusiyanın imkanlarını o qədər də şişirtmək lazım deyil. Rusiya çox sürətlə tükənən bir dövlətdir. Uzun müddət bu müharibəni böyük maliyyələrlə davam etdirmək imkanı mövcud deyil. Ona görə də Kreml son çırpıntılarını nümayiş etdirir”.

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Ukrayna NATO Natiq Miri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1081

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see325

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see233

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see198

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see183

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see175

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see172

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see159

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see158

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see158

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see158

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see157

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see156

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see155

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see155

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see153

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see153

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see153

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see147

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri