Icma.az
close
up
RU
Ortaq dəyərlər və birgə məqsədlər uğurlu gələcəyə aparır

Ortaq dəyərlər və birgə məqsədlər uğurlu gələcəyə aparır

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanla Pakistan arasında tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərə dayanan sıx əlaqələr mövcuddur. Bu iki ölkə bölgə və qlobal problemlər üzrə ortaq maraqlara və oxşar baxışlara sahibdir. Pakistan, 12 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur.

Diplomatik əlaqələr isə 9 iyun 1992-ci ildən etibarən qurulmuşdur. 1993-cü ilin 12 martında Pakistanın Azərbaycanda səfirliyi, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda daimi nümayəndəliyi fəaliyyətə başlamışdır. 9 aprel 1996-cı ildə Ulu öndər Heydər Əliyevin Pakistana rəsmi səfəri zamanı iki ölkə arasında 9 sənəd imzalanmışdır. Azərbaycan və Pakistan dövlət rəsmiləri Kəşmir məsələsində və Dağlıq Qarabağ münaqişəsi zamanı bir-birilərini dəstəklədiklərini bəyan etmişlər. Pakistan müstəqil Azərbaycanın hər zaman dəstəkləyicisi olmuş, Qarabağın işğalını beynəlxalq səviyyədə qınamış və ölkəmizlə olan geosiyasi və strateji maraqları müdafiə etmişdir. Həmçinin, Pakistan Ermənistanla diplomatik əlaqələr qurmayaraq onu dövlət olaraq tanımamış, Xocalı faciəsini soyqırımı kimi tanımışdır. Cari ilin 23 fevral tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizə səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə görüş keçirilib və hər iki lider mətbuata bəyanatlarla çıxış ediblər.Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında olduqca vacib məqamlara toxunub. Dövlətimizin başçısı bildirib ki, bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq: “İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”.Dövlətimizin başçısı qeyd etdi ki, bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur: “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq”.Baş nazir Məhəmməd Şahbaz Şərif bəyanatında Azərbaycan-Pakistan əlaqələrinin dostluq və qardaşlıq üzərində qurulduğunu vurğulayıb. O, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistanın iki ölkə arasında siyasi, hərbi və iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib. Baş nazir, həmçinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və gələcəkdə də bu dəstəyi davam etdirəcəklərini bildirib.Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla yanaşı, Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlətlərarası münasibətlər yalnız iki ölkənin maraqları ilə məhdudlaşmır, həm də regionda sülh və sabitliyin qorunmasına mühüm töhfə verir. Bu dostluq əlaqələri növbəti illərdə daha da dərinləşəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri