Icma.az
close
up
RU
Ortaq media platforması birlik və həmrəyliyimizi gücləndirir

Ortaq media platforması birlik və həmrəyliyimizi gücləndirir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bakıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgəfəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirələn dəyirmi masa qardaş Türkiyənin mətbuat nümayəndələri arasında da böyük maraq doğurmaqdadır. Bu barədə qəzetimizə danışan İzmirdə nəşr edilən “Yenigün” qəzetinin baş redaktoru Məsud Şimşək  bildirib. O, deyib: 

- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı tarixi dəyərlərə söykənən qardaşlıq münasibətləri media əlaqələrinin genişlənməsinə və dezinformasiyanən aradan qaldırılmasınada dinamik təsirlərini göstərməkdədir. Xüsusilə dezinformasiyaya qarşı mübarizə bu gün medianın qarşısında duran önəmli məsələlərdəndir. Bu məsələdə 2020-ci ilin dekabrında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən imzalanan “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu” tarixi əhəmiyyət daşıyır. Sosial mediyanın aktuallaşdığı bir dövrdə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir. 

Qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi olduqca mühüm hadisə olmaqla bərabər, həm də vacib məsələdir. Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son  illərdə yeni zirvələrə yüksəlib və heç şübhəsiz ki, Qarabağ savaşının tarixi zəfərlə başa çatmasının bu məsələdə, eləcə də Türk Dünyasının birliyində xüsusi əhəmiyyəti vardır. 

Məsud Şimşək bildirib ki, bu gün dünyada Azərbaycan və Türkiyə kimi geniş əlaqədə olan və bir-birinə güvən başqa dövlət yoxdur. Baş verənlər də təsdiqləyir ki, Türkiyə-Azərbaycan birliyi dəyişən dünya nizamı fonunda son dərəcə vacibdir. Olduqca məkrli siyasi oyunların getdiyi dünyada demək olar ki, ölçülər itdiyindən inam və güvənclər də deqradasiya olunub və heç kim heç kimə güvənmir. Belə bir kontekstdə Türkiyə-Azərbaycan birliyinin çox böyük önəmi var. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Türk dünyası bizim böyük ailəmizdir. Bizim ən böyük siyasi qazancımız ölkələrimiz arasındakı birlik və həmrəyliyin daha da genişləndirilməsidir. Qlobal səviyyədə münasibətlərə örnək olan Türkiyə-Azərbaycan əlaqələri bundan sonra daha da inkişaf edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək. Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu media orqanlarının fəaliyyətində canlanma yaratmaqla, media nümayəndələrinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük imkanlar yaradacaq.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri