Icma.az
close
up
RU
Oruc tutmaq xərçəng hüceyrələrini məhv edir Elmi araşdırma

Oruc tutmaq xərçəng hüceyrələrini məhv edir Elmi araşdırma

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir tədqiqatlar göstərir ki, oruc yalnız mənəvi təmizlənmə üçün deyil, həm də bir çox xəstəliklərə, xüsusən xərçəngə qarşı güclü qoruyucu vasitədir. "Cell" jurnalında dərc olunan araşdırmalara görə xərçəng hüceyrələrinin maddələr mübadiləsi normal hüceyrələrdən təxminən 8 dəfə sürətlidir. Bu yüksək enerji ehtiyacı oruc vasitəsilə məhdudlaşdırıldıqda bədxassəli hüceyrələrin zəifləməsi və məhv olması üçün əlverişli şərait yaranır.
Demokrat.az bildirir ki, Cənubi Kaliforniya Universitetinin mütəxəssisi Valter Lonqo və komandasının apardığı təcrübələr maraqlı nəticələr göstərib. Sağlam hüceyrələr aclıq zamanı müdafiə rejiminə keçərək kimyaterapiyanın yan təsirlərinə daha dözümlü olur. Xərçəng hüceyrələri isə aclıq şəraitində fəaliyyətini yavaşlada bilmir və daha həssaslaşır. Bu səbəbdən kimyaterapiyanın aclıqla birlikdə tətbiqi müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır.
"Southampton" Universitetinin eksperti Proud bildirir ki, xərçəng hüceyrələri qidasız qaldıqda sağ qalmaq üçün "EF2K" adlı xüsusi zülaldan istifadə edir. Normal hüceyrələrdə bu zülal müşahidə olunmur. Alimlər bu zülalı bloklamaqla, sağlam toxumalara zərər vermədən xərçəng hüceyrələrini aclıq yolu ilə məhv etməyin yollarını araşdırırlar. Bu yanaşma gələcəkdə daha təhlükəsiz müalicə metodlarının inkişafına imkan yarada bilər.
Oruc həmçinin xərçəngin profilaktikasında mühüm rol oynayır. İnsan bədənində hər gün minlərlə potensial xərçəng hüceyrəsi yaranır, lakin güclü immunitet sistemi onların inkişafına imkan vermir. Müntəzəm aclıq dövrləri bədənin təmizlənmə və yenilənmə mexanizmini işə salır, immun sistemini gücləndirir. Beləcə, “Oruc tutun ki, sağlam olasınız” tövsiyəsi müasir elmi laboratoriya nəticələri ilə də təsdiqlənir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2026 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri