Icma.az
close
up
RU
Orucluqdan sonra düzgün qidalanmanın YOLLARI

Orucluqdan sonra düzgün qidalanmanın YOLLARI

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ramazan ayında oruc tutanların sağlamlığını qorumaq və düzgün bəslənmək üçün bəzi önəmli tövsiyələr mövcuddur.

Bəs orucluqdan sonra düzgün qidalanmaq üçün nələrə fikir vermək lazımdır?

Diyetoloq Leyla Zülfüqarlı Ramazan sonrası bəslənmə zamanı önəmli olan məqamlarla bağlı Oxu.Az-a danışıb:

"Ramazan ayı sağlam qidalanma üçün bir fürsətdir. Çünki gün ərzində müəyyən müddət, orqanizm boş qalır. Biz təxminən 16 saat qidalanmırıq. Bu zaman metabolizmanın sürətinin ləngiyə biləcəyi ilə bağlı bəzi narahatlıqlar ola bilir. Məhz bu səbəbdən də iftar zamanı metabolizmi sürətləndirən qidalar qəbul edirdik. Orucluq bitdikdən sonra da eyni şey təkrar olunmalıdır. Çünki, orucluq müddətində hər gün 16 saatlıq fasilə verən orqanizm birdən-birə öz rutininə qayıdır və düşünsək ki, az da olsa, metabolizm prosesi zəifləyib, birdən-birə aşırı kolorili - yağlı, duzlu, şəkərli və qatışdırılmış qidaları çox qəbul etmək səhhətimizdə ciddi problemlər meydana çıxara bilər.

Bu səbəbdən də orucluq bitdikdən sonra da fasiləli şəkildə, gündə iki dəfə deyil, üç dəfə qidalana bilərik. Amma yenə də qidaları qarışdırmamaq və daha az karbohidratlı qidalara üstünlük vermək, daha çox kərə yağı, zeytun yağı, çərəzlərdən və meyvə-tərəvəzlərdən istifadə məsləhət görülür. Tərkibində şəkər olan məhsullar, un məmulatları, makaron, düyü, kartof kimi məhsullar azaldılmalıdır.

Çay saatı ilə yemək saatı qarışdırmamalıdır. Əgər bunu idarə edə bilsək, üç həftə ərzində, yavaş-yavaş metabolizmimiz öz əvvəlki vəziyyətinə qayıdacaq", - deyə L. Zülfüqarlı bildirib.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Mart 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri