Icma.az
close
up
RU
Menu

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində iştirak edib

Bakıda McDonald s un yanında yanğın VİDEO

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

600 dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR SİYAHI

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

Ötən ilin büdcəsi necə icra edilib? Komitə sədri detalları AÇIQLADI

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

Rəqsanədən Aysunun keçmiş ərinə ATMACA: “Əlimiz kimə dəyirsə... VİDEO

Onun gözü “Turan Tovuz”da Keçid alınacaqmı?

Çelsi qapıçılarını satır

Kimlər vəsiyyət edə bilər? Ölən şəxsin vəsiyyəti icra olunmursa, cinayət məsuliyyət məsələsi yaranır...

Milli Məclisin cari təmir ilə bağlı tenderi ləğv olunub

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

Fənərbağça da Mario Brankonu kim əvəz edəcək?

“Ukraynaya hücumlarda dəstək olan konkret ölkələr var”

Zaporojye və Xersonda 700 min insan işıqsız qalıb Ukrayna dronları enerji obyektlərini vurub

“Osasuna” avrokuboklardan kənarda qaldı, “Leqanes” aşağı yuvarlandı

“Osasuna” avrokuboklardan kənarda qaldı, “Leqanes” aşağı yuvarlandı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Futbolda arxayınlıq çox pis şeydi. Görünür, “Osasuna”nın futbolçuları bu sadə həqiqəti tam mənimsəməyib.

"Football-plus.az" xəbər verir ki, autayderlərdən “Alaves”lə oyunda qələbə pamplonalıların Konfrans Liqasına vəsiqə qazanmasına bəs edəcəkdi. Ancaq səfər heç-heçəsi onları avrokuboklardan kənarda qoydu. “Leqanes”in taleyi isə özündən asılı deyildi. Madridlilər “Valyadolid”i darmadağın etməklə üzərinə düşən işi gördü, sadəcə, “Espanyol” da paralel keçən oyunda “Las Palmas”a qalib gəlməklə elitada qaldı.
Turun qalan hadisələrindən “Atletiko” ilə “Vilyarreal”ın qələbəsini qeyd etməyə dəyər. Hər iki komanda 4 qol vurdu. Ancaq “Jirona” madridlilərə heç nə ilə cavab verə bilmədisə, “Sevilya” “sarılar”dan iki qolun əvəzini çıxdı. Heç nəyi həll etməyən oyunda “Betis”lə “Valensiya” “sülh”ə razılaşdı. “Xetafe”yə qalib gələn “Selta” AL-ə 2-ci vəsiqəyə yiyələndi, “Rayo Valyekano” “Malyorka”ya qalib gələ bilməsə də, “Osasuna”dan yuxarı pillədə qərarlaşdı.
Son turda İspaniyanın avrokubok təmsilçiliyinə tam aydınlıq gəldi. Avropa Liqasına və Konfrans Liqasına vəsiqə verən 7-8-ci yerlərin taleyi sual doğururdu. Bu yerləri, uyğun olaraq, “Selta” və “Rayo Valyekano” tutdu. “Barselona”, “Real”, “Atletiko”, “Atletik” və “Vilyarreal” Çempionlar, “Betis” Avropa Liqasında oynayacaq.
İspaniya futbolunun nəhəngləri – “Real”la “Barselona”nın oyunları haqda daha ətraflı danışaq.
“Real” son turda “Real Sosyedad”a qalib gəldi. Ançelotti, Modriç və Vaskesin komanda ilə vidalaşdığı oyunda, yəqin ki, başqa nəticə yerinə düşməzdi. Bir çox liderinin xidmətindən məhrum olan basklar uzun müddət qapısını toxunulmaz saxlaya bildi. Üstəlik “ağ-mavilər” zaman-zaman təhlükəli əks-hücumlar da qururdu, xüsusən də ilk yarıda. Qomesin debütdə Luninlə təkbətək çıxması nəyə desən, dəyər. Mbappe və oyundaşları qonaqların qapısına bütün mümkün nöqtələrdən zərbə vururdular, ancaq qapıçı Marrero etibarlı oynayırdı, elə müdafiəçilər də fədakarlıq göstərirdi.
Bununla belə, fasilə ərəfəsində hesab açıldı. Marin Gülərlə mübarizədə əllə oynadı, belədə hakim “nöqtə”ni göstərdi. Mbappenin ilk zərbəsinin qarşısını alan qapıçı təkrar zərbə zamanı təslim oldu. 2-ci hissədə oyun daha sönük keçdi. Vaskeslə Modriç əvəzlənərkən tribunalarda canlanma yaşandı. Və belə durumda Mbappe dubl etmək, “Qızıl buts” qazanmaq imkanını qaçırmadı. Final fiti ərəfəsində qonaqlardan Mendes fərqi azalda bilərdi. “Real” bu qələbə sayəsində çempion “Barselona” ilə xal fərqini müvəqqəti 1-ə endirdi, şəxsi oyunların nəticəsinə görə “Valensiya”nı qabaqlayan “Real Sosyedad” isə 11-ci yeri tutdu.
Turun son oyununda “Atletik”in qonağı olan “Barselona” mövsümü darmadağınla bitirdi. Levandovskiyə “Qızıl buts” uğrunda mübarizədə Mbappeyə çatmaq üçün 6 qol vurmaq lazım idi. Əslində polşalı ulduz bu qədər qol vura bilərdi. O, ilk 17 dəqiqədə iki dəfə fərqləndi. Qalan vaxt ərzində daha 4 qol vurmalı olan Leva 2-ci hissədə “yatdı”. 2-ci hissənin əvvəlində iki gözəl imkan qaçırılandan sonra Mbappenin bu qiyabi mübarizədən qalib ayrılacağı məlum oldu. Sonradan meydana çıxan Olmo uzatma dəqiqələrində özü qazandığı penaltini qola çevirməklə oyunda son nöqtəni qoydu.
38-ci tur
Real – Real Sosyedad 2:0

Mbappe, 38; 84. (73186)
Real: Lunin, Vaskes (Q.Qarsiya, 76), Çuameni (Valyexo, 56), Asensio, F.Qarsiya, Modriç (Çema, 86), Sebalyos, Valverde, Dias (Vinisius, 56), Gülər, Mbappe.
Atletik – Barselona 0:3
Levandovski, 14; 17. Olmo, 90+4-p. (50231)
Barselona: Penya, Balde (Martin, 81), Kubarsi, Arauxo (Kristensen, 64), E.Qarsiya, Pedri (De Yonq, 81), Qavi, Rafinya (Olmo, 64), Lopes, Yamal, Levandovski (Viktor, 89).
Jirona – Atletiko 0:4
Sörlot, 68; 90; 90+3. Lanqle, 87. (11546)
Atletiko: Mussa, Aspilikueta, Lanqle, Vitsel, Molina (Simeone, 62), Lino (Korrea, 70), Koke (Qallaher, 70), De Paul (Barrios, 77), Lyorente, Qrizmann (Sörlot, 62), Alvares.
Betis – Valensiya 1:1
Antoni, 40 – Mir, 75. (51141)
Leqanes – Valyadolid 3:0
Ernandes, 24. Diomande, 36. Krus, 40. (11523)
Espanyol – Las Palmas 2:0
Puado, 65-p. (32511)
Alaves – Osasuna 1:1
Visente, 56-p. – R.Qarsiya, 88. (19274)
Xetafe – Selta 1:2
Mayoral, 11 – İqlesias, 25. Aspas, 80. (12862)
Rayo Valyekano – Malyorka 0:0
(13854)
Vilyarreal – Sevilya 4:2
Pino, 4. Geye, 8; 53. Baena, 39 – Sou, 29. Martines, 85. (17758)
Yekun cədvəl
1. Barselona 38 28 4 6 102-39 88
2. Real 38 26 6 6 78-38 84
3. Atletiko 38 22 10 6 68-30 76
4. Atletik 38 19 13 6 54-29 70
5. Vilyarreal 38 20 10 8 71-51 70
6. Betis 38 16 12 10 57-50 60
7. Selta 38 16 7 15 59-57 55
8. Rayo Valyekano 38 13 13 12 41-45 52
9. Osasuna 38 12 16 10 48-52 52
10. Malyorka 38 13 9 16 35-44 48
11. Real Sosyedad 38 13 7 18 35-46 46
12. Valensiya 38 11 13 14 44-54 46
13. Xetafe 38 11 9 18 34-39 42
14. Alaves 38 10 12 16 38-48 42
15. Espanyol 38 1019 18 40-51 42
16. Jirona 38 11 8 19 44-60 41
17. Sevilya 38 10 11 17 42-55 41
18. Leqanes 38 9 13 16 39-56 40
19. Las Palmas 38 8 8 22 40-61 32
20. Valyadolid 38 4 4 30 26-90 16
Bombardirlər: Mbappe (Real) – 31, Levandovski (Barselona) – 27, Budimir (Osasuna) - 21, Sörlot (Atletiko) – 20, Peres (Vilyarreal) – 19, Rafinya (Barselona) – 18.
Turun rəqəmi
400 – Lukas Vaskes “Real”ın heyətində bütün turnirlərdə oyun sayını bu həddə çatdırdı. 2015-ci ildən bu komandanın formasını geyən 33 yaşlı müdafiəçi ötən dövrdə 23 titul qazanıb, 38 qol vurub. La Liqada 277, ÇL-də 77, ölkə kubokunda 27, İspaniya Superkubokunda 8, klublarası dünya çempionatında 7, UEFA Superkubokunda 4 oyun keçirən Vaskes yayda “Real”dan azad agent kimi ayrılacaq.
Turun ulduzu
Aleksander Sörlot (Atletiko) – norveçli nəhəng 62-ci dəqiqədə mübarizəyə qoşulsa da, qalan vaxt ərzində het-trik edə bildi. O, “hindular”ın heyətindəki debüt mövsümündə çempionatda 75 milyonluq Alvaresdən daha çox qol vurdu.
Turun sitatı
Luka Modriç, “Real”ın yarımmüdafiəçisi:

“Heç vaxt istəmədiyim məqam yetişdi. Bu, uzun və gözəl səyahət idi. Hər şeydən əvvəl kluba, prezident Florentino Peresə təşəkkür etmək istəyirəm. Bütün bu illər ərzində birgə çalışdığım məşqçilərə, komanda yoldaşlarıma və mənə yardım edən hər kəsə də. Çox bəyəndiyim bir ifadəni söyləmək istəyirəm: hər şey bitdiyinə görə ağlama, bütün bunları yaşadığına görə gül”.


Faktlar
* Ançelotti “Real”ın “sükanı arxasında” keçirdiyi oyunların 71 faizində qələbə qazanıb – 353 oyunda 250 qələbə. Komanda bu müddətdə 834 qol vurub, 341-ni buraxıb. “Real” bu məşqçi ilə 15 titul qazanıb.
* Mbappe son 4 ildə La Liqada 30 qol vuran ilk futbolçudu. Sonuncu dəfə bunu Messi 2020/21 mövsümündə bacarmışdı.
* Mbappe “Real”dakı debüt mövsümündə 43 qol vurmaqla İvan Samoranonun 1992/93 mövsümündə müəyyənləşdirdiyi rekordu (37) 6 top yenilədi.
* “Jirona” La Liqada özünəməxsus antirekord müəyyənləşdirdi. Kataloniyalılar cəmi 41 xal topladı, bu isə ötən mövsümdəkindən 40 xal azdı. La Liqada heç bir komanda ardıcıl iki mövsümdə belə pis xal fərqi ilə yadda qalmayıb. Buna qədər ən pis nəticə 1997-ci və 1998-ci ilin “Sportinq”inə aid idi – 37 xal.
* Levandovski “Barsa”nın heyətində qol sayını 101-ə çatdırdı. Polşalının bu komandaya 2022-ci ildə “Bavariya”dan keçdiyini də xatırladaq.
* Yamal mövsümün ən yaxşı assistenti oldu. 17 yaşlı vinger La Liqada keçirdiyi 34 oyunda 13 məhsuldar ötürmə verib.
* “Barselona” tarixindəki ən məhsuldar mövsümlərdən birini keçirdi. Komanda 2024/25 mövsümünün 60 oyununda 174 qol vurdu. Bunların 102-si La Liqanın, 43-ü Çempionlar Liqasının, 22-si İspaniya kubokunun, 7-si – Superkubokunun payına düşdü. Kataloniya nəhəngi mövsüm ərzindəki qol sayına görə tarixinin 3-cü nəticəsini göstərdi. “Barsa” yalnız 2014/15 (175) və 2011/12 (190) mövsümlərində bundan da çox qol vurub.
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Bu klubu, komandanı çalışdırmaq mənim üçün şərəf və məmnunluq idi. Əziz prezident Peresə minnətdaram. Sizlərlə bütün bu anları bölüşməkdən məmnunluq duydum. Kimsə Benzemanın PSJ-nin qapısına vurduğu üç, Rodriqonun MS-nin qapısına vurduğu iki qolu, Modriçin “Çelsi” ilə oyundakı ötürməsini, Xoselunun iki qolunu unuda bilməz. Burda keçirdiyim bir günü də unuda bilmərəm. Bununla da bitirirəm: yaşasın “Real”, vəssalam. Sizi çox sevirəm”.

Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Bu, mövsümü bitirməyin ideal yolu idi. Bu gün gördüklərimdən razıyam. Penya? Qapıçı mövqeyi ilə bağlı qərarlarımızdan məyus idi. Məşqlərdə can qoyur, bu üzdən belə qərara gəldik ki, bu gün oynamağı haqq edir. Onun “Barsa”da son oyununu keçirib-keçirmədiyini bilmirəm, ancaq təşəkkür etmək istəyirəm. Fantastik oynadı, qol buraxmadı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see116

YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində iştirak edib

03 İyun 2025 11:47see116

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see115

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see115

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see114

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

03 İyun 2025 13:22see114

600 dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR SİYAHI

03 İyun 2025 12:21see113

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

03 İyun 2025 13:01see113

Ötən ilin büdcəsi necə icra edilib? Komitə sədri detalları AÇIQLADI

03 İyun 2025 11:41see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Rəqsanədən Aysunun keçmiş ərinə ATMACA: “Əlimiz kimə dəyirsə... VİDEO

03 İyun 2025 11:00see112

Onun gözü “Turan Tovuz”da Keçid alınacaqmı?

03 İyun 2025 12:06see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Kimlər vəsiyyət edə bilər? Ölən şəxsin vəsiyyəti icra olunmursa, cinayət məsuliyyət məsələsi yaranır...

03 İyun 2025 10:45see111

Milli Məclisin cari təmir ilə bağlı tenderi ləğv olunub

03 İyun 2025 11:53see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see110

Fənərbağça da Mario Brankonu kim əvəz edəcək?

03 İyun 2025 13:02see110

“Ukraynaya hücumlarda dəstək olan konkret ölkələr var”

03 İyun 2025 13:11see110

Zaporojye və Xersonda 700 min insan işıqsız qalıb Ukrayna dronları enerji obyektlərini vurub

03 İyun 2025 12:04see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri