Osbornların Los Ancelesdəki tarixi malikanəsi fantastik qiymətə satışa çıxarıldı
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Ötən il vəfat edən məşhur ingiltərəli musiqiçi Ozzi Osbornun həyat yoldaşı Şeron Osborn Los-Ancelesdəki (ABŞ) malikanəsini 17 milyon dollara satışa çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, Osbornlar sözügedən mülkü 2015-ci ildə 11.85 milyon dollara alıblar. 2022-ci ilin iyul ayında cütlük villanı 18 milyon dollara satmaq istəsə də, sonradan qiyməti 17.5 milyon dollara qədər endirib. Lakin bir müddət sonra elan satışdan çıxarılıb.
Satışa çıxarılan ev 1920-ci illərdə inşa edilib və Los-Ancelesin mərkəzinə yaxın ərazidə yerləşir. Mülkün ümumi sahəsi təxminən 948 kvadratmetrdir.
Qeyd olunur ki, Osbornlar 2007-ci ilə qədər Beverli-Hillzdə də digər bir malikanəyə sahib olublar. Məşhur "Osborn ailəsi" realiti-şousunun çəkilişləri məhz həmin evdə keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 08 Aprel 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















