Icma.az
close
up
RU
Osimhen karyeranı yox, pulu seçdi!

Osimhen karyeranı yox, pulu seçdi!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

''Qalatasaray''da bir mövsümə 36 qol vuraraq adını həm klub, həm də Türkiyə futbolu tarixinə yazdıran Viktor Osimhenin gələcək taleyi bəlli olmaq üzrədi.
Səudiyyə Ərəbistanı mətbuatı israrla nigeriyalı forvardın ''Əl-Hilal'' ilə anlaşdığını iddia edir. Türkiyəli həmkarlarımız bu xəbərlərin doğru olub-olmadığını yoxlamaq üçün ''Qalatasaray'' rəsmiləri ilə əlaqə saxlayıblar. Onların cavabı isə belə olub:

''Osimhen 2 həftədi, bizə transfer durumu ilə bağlı heç bir məlumat verməyib. Nə qalacağını deyir, nə də gedəcəyini''.


Səudiyyə Ərəbistanı variantı isə günü-gündən ciddiləşir. Şayiələrə inansaq, 26 yaşlı futbolçu ''Əl-Hilal'' ilə üçillik müqavilə imzalayacaq və yeni klubunda illik 40 milyon avro (!) maaş alacaq. Hətta iddialara görə ərəblər Osimhendən ''hə'' cavabını aldıqdan sonra onun formalarını da hazırlayıblar. Ancaq üzərində bu futbolçunun adı olan ''29'' nömrəli formalar satışa çıxdıqdan 24 saat ötməmiş klubun bütün rəsmi dükanlarından yığışdırıldı.
Deyilənə görə buna Osimhenin müqavilə ilə məxsus olduğu ''Napoli''nin prezidenti Aurelio De Laurentisin araya girməsi səbəb oldu. O, heç kimlə problem yaşamaq istəmədiyini, Osimhenin hələ ki, ''Qalatasaray''la icarə müqaviləsinin davam etdiyini bildirərək formaların satışdan yığışdırılmasını tələb etdi. Bu futbolçunun ''Cim-Bom''la müqaviləsinin müddəti iyunun 30-na qədər nəzərdə tutulub.
Osimhen həm də ''Qalatasaray''ın çempionluq tədbirinə ''Before I go'' (mən getmədən öncə) adlı mahnı ilə çıxmaqla ayrılmağa hazırlaşdığını göstərmişdi.
Bütün bu iddialar doğrudusa, Osimhen kimi futbolçunun 26 yaşda karyera yerinə pula üstünlük verməsi yeni müzakirələrin yaranmasına səbəb olacaq. Çünki ona Avropanın bir çox nəhəng klubu ciddi maraq göstərirdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 May 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see233

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see229

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see226

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see226

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see225

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see223

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see212

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see201

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see201

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see198

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see195

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see190

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see185

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see182

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see179

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see177

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see176

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see170

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see170

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri