Osimhen Nigeriyada yoxa çıxıb Qalatasaray klubu axtarır, Afrika ölkəsi cavab vermir
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya Çempionatınınseçmə mərhələsinin oyunu üçün Nigeriya millisinə çağırılan "Qalatasaray"ın hücumçusu Viktor Osimhen orada yoxa çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, millinin açıqlanan heyətində onun adının olmaması ortaya cavabsız suallar çıxarıb.
Məlumata görə, heyətə çağırılan 21 oyunçunun siyahısında Osimhenin adının olmamasını görən "Qalatasaray" dərhal futbolçu ilə təmas qurmağa çalışıb, lakin cəhdlər alınmayıb: "İstanbul klubunun rəsmiləri bundan sonra Nigeriya Futbol Federasiyasına müraciət edib, ancaq buradan da kluba cavab verilməyib".
Osimhenin Nigeriyada yoxa çıxmasını isə yerli mətbuat belə izah edir: "O, heyətdə yer almırsa, ya zədələdir, ya da icazə alıb..."
Maraqlı burasıdır ki, hər iki ehtimalda Osimhenin özünün harada olmasına aydınlıq gətirilməyib.
Xatırladaq ki, Nigeriya Dünya Kubokuna vəsiqə qazanmaq üçün Qabonla gücünü sınayacaq. Əgər bu oyundan qalib ayrılarsa, DŞ-yə vəsiqə qazanmış olacaqlar.
Onu da qeyd edək ki, millinin son oyununda Nigeriyaya Beninə qarşı 4-0 hesablı qələbədə Osimhen het-trik edib.
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 Noyabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















