Osimheni ulduz futbolçu ilə dəyişmək istəyirlər
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Napoli" Viktor Osimheni "Mançester Yunayted"ə satmaq istəyir.
Metbuat.az xəbər verir ki, İngiltərə klubu icarə əsasında "Qalatasaray"da çıxış edən Osimhen ilə maraqlanır. "Napoli" isə "Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaçonu heyətə cəlb etmək istəyir. "Mançester Yunayted"in futbolçu üçün 60 milyon avro, "Napoli"nin Osimhen üçün isə 75 milyon avro tələb etdiyi deyilir. Xəbər deyilir ki, İngiltərə klubu futbolçunun getməsinə güzəşt edərsə, "Napoli" nigeriyalı hücumçunu İngiltərəyə göndərə bilər.
Qeyd edək ki, bundan əvvəl "Mançester Yunayted"in Viktor Osimheni mövsümün fasiləsində transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi. Məlumata görə, Osimhen təklifi rədd edib. Osimhen "Mançester Yunayted"in təklifinə cavab olaraq "Napoli"nin idman direktoru Covanni Mannaya mövsümün sonuna qədər "Qalatasaray"da qalmaq istədiyini bildirib.
Baxış sayı:149
Bu xəbər 22 Yanvar 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















