Osimhenin “Qalatasaray”a birdəfəlik transferi ilə bağlı yenilik
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin "Qalatasaray" klubunda hazırda bir nömrəli gündəm Viktor Osimhenin birdəfəlik transferidir.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi bu yay "Napoli"dən icarəyə götürdüyü 25 yaşlı hücumçunu transfer etmək üçün sponsor axtarır.
"Milliyet"in yaydığı məlumata görə, "Qalatasaray"ın danışıqlar apardığı 2 böyük şirkətdən biri "aslanlar"a müsbət cavab verib. Sözügedən şirkət 75 milyon avroluq transfer məbləğinin 70 faizini qarşılamağı qəbul edib.
Xəbərdə bu da bildirib ki, "Napoli" transfer qiymətinin 25 milyon avrosunu nəğd, qalan məbləği isə 2 hissəyə bölməklə ödəməyi tələb edir.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 9 matçda 8 qol vurub və 4 qolun ötürməsini verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















