Osimhenin transfer əməliyyatı bitmək bilmir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Qalatasaray" Viktor Osimhenin transferini reallaşdırmağa çox yaxındır.
Oxu.Az xəbər verir ki, "Cim-Bom" son təklif olaraq "Napoli"yə 40 milyon avro nağd və 35 milyon avro bonus (17.5 + 17.5 milyon) şəklində rəsmi təklif göndərib.
Bundan əlavə, "sarı-qırmızılılar" "Napoli"nin tələb etdiyi bank zəmanət məktublarını da təqdim edərək razılaşmanın maliyyə şərtlərini yerinə yetirib.
İtaliya klubunun yaxın günlərdə bu transferlə bağlı cavab verməsi gözlənilir.
Qeyd edək ki, 26 yaşlı Osimhen ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. O, İstanbul klubunun heyətində 41 rəsmi matçda 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:86
Bu xəbər 14 İyul 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















