Icma.az
close
up
RU
Oskanyan yenı nağıllar aləmində: “Azərbaycan da Konstitusiyasını dəyişməlidir”

Oskanyan yenı nağıllar aləmində: “Azərbaycan da Konstitusiyasını dəyişməlidir”

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan arasında yekunlaşan sülh danışıqlarından sonra Bakının daha iki tələbi təqdim olunub.

Tribunainfo.az xəbər verir ki, bu tələbləri Prezident İlham Əliyev iki gün öncə rəsmi olaraq bəyan edib.

Dövlət başçısı bildirib ki, əgər Ermənistan həqiqətən sülh danışıqlarında səmimidirsə və müqaviləni imzalamaq istəyirsə, konstitusiyasını dəyişməli və Minsk Qrupunun ləğvini həyata keçirməlidir.

Ermənistanda isə bununla bağlı düşüncələr fərqlidir. Onlar israrlı şəkildə bu prosesin reallaşmasına qarşıdırlar. Belə ki, ötən gün erməni siyasi fəal Hayk Dorunts İrəvanın mərkəzində buna etiraz olaraq aksiya keçirib. O deyib ki, müxalifət bu məsələdə bir araya gəlməlidir. “Mən müxalifətin konstitusiya dəyişiklikləri ətrafında birləşməsini tələb edirəm. Buna imkan verilməməlidir”.

Ermənistanın keçmiş XİN başçısı Vardan Oskanyan isə tamamilə başqa bir iddia ilə çıxış edib. O deyib ki, Ermənistan da Azərbaycandan konstitusiya dəyişikliklərini tələb etməlidir. Onun iddiasına görə, guya, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var. “Azərbaycan özünü ADR-in varisi elan edib. Qarabağ isə 1921-ci ilə qədər Azərbaycanın tərkibində olub. Həmçinin Zəngəzur da bu ölkənin tərkib hissəsi olub. Bu, Ermənistana ərazisi iddiası deməkdir”.

Oskanyan onu da deyib ki, Azərbaycanın konstitusiya ilə bağlı tələbinin həyata keçirilməsi Qarabağdan birbaşa imtina deməkdir.

P.S. Ermənistanın XİN başçısı Ararat Mirzoyan Vardan Oskanyan haqqında bir qədər əvvəl maraqlı bir fikir demişdi. “Oskanyan uzun illər Qarabağla bağlı danışıqlar aparıb. Amma heç bir nəticə əldə etməyib. Onun bu qədər müddətdə boş işlərlə məşğul olmasına heyrət edirəm”.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri