Icma.az
close
up
RU
Öskürəyin düzgün müalicəsi. Pediatr tövsiyə edir

Öskürəyin düzgün müalicəsi. Pediatr tövsiyə edir

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Öskürək tənəffüs orqanları xəstəliklərinin əlamətlərindən biridir.

Onun yaranması tənəffüs yollarının və ağciyər toxumasının selikli qişalarının iltihabı nəticəsində, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşməsi ilə əlaqədar olur. Öskürək allergik mənşəli də ola bilər. Bəzən həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə də öskürək baş verir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova məlumat verərkən deyib: "Bəlğəmin gəlib-gəlməməsindən asılı olaraq öskürək nəmli və quru olur. Nəmli öskürəkdə bəlğəm ayrılır. Bu problemə bronxit, ağciyərin iltihabı və vərəm zamanı təsadüf edilir. Quru öskürək tənəffüs yolları xəstəlikləri, bronxların yad cisimlə qıcıqlanması nəticəsində və iltihabi xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır.

Öskürəyi aradan qaldırmaq və yüngülləşdirmək üçün öncə onu törədən əsas səbəbi müəyyən etmək və ona təsir göstərmək lazımdır. Nəmli öskürəyi adətən qatı bəlğəmi durulaşdıran və orqanizmdən xaric edən bəlğəmgətiricilər yüngülləşdirir".

Həkim-pediatr bildirib: "Hər bir əlamət, o cümlədən öskürək orqanizmin müdafiə reaksiyasıdır. Selikli qişaya virus düşəndə orqanizmin əsas reaksiyası onu ordan uzaqlaşdırmaqdır. Məhz buna görə kəskin respirator virus infeksiyasına yoluxan xəstə asqırır, boğazı qıcıqlanır və öskürür. Belə olan halda öskürək əleyhinə dərmanlarla yox, xəstə orqanizmdən virusun çıxmasına səbəb olan vasitələrlə kömək etmək lazımdır. Məsələn, çoxlu maye içmək və tərlədici vasitələrdən istifadə etmək məsləhətdir.

Xəstəliyin başlanğıcında öskürək əleyhinə qəbul olunan dərmanlar onun gedişatını süni olaraq uzadır. Orqanizm ona daxil olan virusu selikli qişadan qovmaq istəyəndə isə ona kömək etmək lazımdır. Əgər öskürək əzabvericidirsə, onu yumşaldan vasitələr tətbiq edilməlidir.

İki yaşına qədər uşaqda bəlğəmli öskürək olduqda bəlğəmgətirici preparatlar vermək qəti qadağandır. Belə ki, uşaq bəlğəmi xaric edə bilmədiyinə görə tənəffüs yolları bağlana bilər. Öskürəyi yüngülləşdirmək üçün həkimin təyinatı əsasında xardal kağızları, tibbi bankalar, sinəyə isti islatmalar və ayaqlara isti vanna tətbiq edilir".

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri