Icma.az
close
up
RU
Osteoxondroz və onun müalicəsi

Osteoxondroz və onun müalicəsi

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hal hazırda insanların, demək olar, əksəriyyətində bu pozulmanı müxtəlif formalarda aşkar etmək mümkündür.

Xalq arasında buna "duzların yığılması" deyirlər. Lakin bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur.

Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdan amortizasiya funksiyasını yerinə yetirir - qığırdaq fəqərələrə bir birini saxmaq və sürtmək imkan vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir birini sıxmağa başalayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır və bu müxtəlif pozulmalara səbəb olur.

Belə ki, boyun osteoxondrozu zamanı xəstədə bu kimi simptomlar müşahidə olunur: baş ağrıları, başgicəllənməsi, boyun nahiyəsində və qollarda ağrılar, qolların keyiməsi, qulaqlarda küy, beyin qan dövranı pozulması, diqqət və yaddaşın zəifləməsi.

Onurğa sütunu döş hissəsi osteoxondrozu zamanı ürək, mədə, bağırsaqlarda ağrılar ola bilər.

Bel fəqərələri osteoxondrozu zamanı bel nahiyəsində və ayaqlarda ağrılar, baldırlarda qıcolmalar, sidik kisəsində pozulmalar (ağrılar, sidik saxlaya bilməmək halı), kişilərdə prostat vəzidə pozulmalar, qadınlarda ginekoloji xəstəliklər və s. ola bilər.

Xəstəlik inkişaf etdikcə xəstədə onurğa sütunu yırtıqları inkişaf edə bilər. Bu zaman onurğa beyini sıxılmağa başlayır ki, bu çox ağır pozulmalara gətirib çıxarda bilər - xəstənin ayaqları tutulur, xəstə yeriyə bilmir və s.

Osteoxondrozun inkişafına bu kimi amillər təkan verir: irsiyyət, azhərəkətli həyat tərzi, artıq çəki, ağır yüklərin qaldırılması, travma və mikrotravmalar.

Osteoxondroz uzun illər ərzində inkişaf edir. Hal hazırda bu pozulmanı tam müalicə etmək mümkün deyil. Lakin müəyyən müalicə və profilaktik vasitələrin köməyi ilə bu pozulmanın inkişafını ləngitmək və xəstəni osteoxondrozla bağlı olan ağrılar və digər pozulmalardan xilas etmək mümkündür. Müalicə olunmadıqda osteoxondroz çox ağır fəsadlara (hətta əlilliyə) gətirib çıxarda bilər.

Osteoxondrozun kəskin dövrlərində (əsasən döş və bel osteoxondrozu zamanı) xəstəyə yataq rejimi təyin edilir. Xəstə düz dərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən (boyun korseti, bel korseti və s.) istifadə olunur. Ağrıların və iltihabın azaldılması üçün xüsusi preparatlar (diklofenak, ibuprofen, indometasin və s.) təyin olunur. Həmçinin spazmolitik preparatlar, B qrupu vitaminləri, nikotin turşusu, qığırdağın qidalanmasını yaxşılaşdıran preparatlar və s. təyin olunur.

Boyun osteoxondrozu zamanı xəstəyə beyin qan dövranı yaxşılaşdıran preparatlar təyin olunur.

Çox ağır, müalicəsiz buraxılmış hallarda və həmçinin onurğa beyini sıxılması zamanı cərrahiyə müalicəsi tətbiq edilir.

Nəzərinizə çatdıraq ki, osteoxondrozun müalicəsi ilə yalnız bu işdə geniş bilikləri və təcrübəsi olan mütəxəssis məşğul olmalıdır. Əks halda "müalicə" xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq.

Osteoxondrozun müalicəsi ilə vertebroloqlar məşğul olur. Bu həkimlər məhz onurğa sütunu xəstəliklərin müalicəsində ixtisaslaşmış mütəxəssislərdir. Lakin belə həkimlər hələ ki azdır.

Vertebroloqlardan əlavə osteoxondrozu nevroloqlar müalicə edir.

Xəstəliyin remissiyası (sakitləşmə) dövrlərində xüsusi massaj və müalicəvi fiziki tərbiyyəsi, manual terapiya, fizioterapiya (elektroforez), onurğa sütunu uzatması (xüsusi klinikalarda həyata keçirilir), xüsusi müalicəvi vannalar, bəzi dərman preparatları tətbiq edilir.

Üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış vasitələrdən biridir. Su onurğa sütunda olan gərginliyi azaldır, "masaj" edir, onurğa sütunu saxlayan əzələləri bərkidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:411
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri