Ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmur Qarabağ ın rəsmisi
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Tofiq Bəhramov adına Respublika Stadionun ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmayıb".
Sportal.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.
O, meydançanın daha yaxşı vəziyyətə gətirilməsi üçün işlərin davam etdirildiyini söyləyib: "Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Kopenhagen"lə oyununa qədər əla vəziyyətə gətirilməsini planlaşdırırıq".
"Qarabağ"la "Kopenhagen" oktyabrın 1-də üz-üzə gələcək.
Xatırladaq ki, sentyabrın 9-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Ukrayna (1:1) oyunundan sonra qonaqların baş məşqçisi Sergey Rebrov Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün qənaətbəxş durumda olmadığını bildirib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Sentyabr 2025 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















