Icma.az
close
up
RU
Otar Aptsiauri: “Kəpəz”ə uyğunlaşmaq mənim üçün çətin olmadı”

Otar Aptsiauri: “Kəpəz”ə uyğunlaşmaq mənim üçün çətin olmadı”

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Kəpəz”in gürcüstanlı yarımmüdafiəçisi Otar Aptsiaurinin Futbolinfo.az saytına müsahibəsi

- “Kəpəz”in yeni transferlərindən birisiniz. Adaptasiya prosesi necə keçir? Komandaya tam uyğunlaşa bilmisiniz?

- İlk növbədə, klub rəhbərliyinə və məşqçi heyətinə mənə göstərilən etimada görə təşəkkür etmək istəyirəm. Burada insanlar futbola böyük sevgi ilə yanaşırlar. Çox gözəl mühitlə qarşılaşdım, bu da məni xoşbəxt etdi. Burada ailə ab-havası var, bu səbəbdən uyğunlaşma mənim üçün çətin olmadı.

- Ölkəmizə gələnə qədər “Kəpəz” və Azərbaycan futbolu haqda hansı məlumatlara sahib idiniz?

- Mənim dostlarım bu klubda oynayıblar. Buna görə də “Kəpəz”in əla azarkeşlərə sahib, çox yaxşı klub olduğunu bilirdim. Amma burada gördüklərim gözləntilərimi aşdı, bu da üzərimə böyük məsuliyyət qoyur. Azərbaycan futboluna gəldikdə isə çox yaxşı çempionatınızın olduğunu və hər il inkişaf etdiyini bilirəm. Bu da mənim üçün vacib faktordur.

- “Kəpəz”də sizə qədər oynamış dostlarınız kimlərdir?

- Mate Kvirkviya və Rati Ardazişvilini nəzərdə tuturam. Hər ikisini çoxdan tanıyıram. “Kəpəz”ə gəlməzdən əvvəl hər ikisi ilə danışıb məsləhətləşdim.
Keçən mövsüm çempionatda qalmaq uğrunda oynayan “Kəpəz”in yeni sezonda iddiasını artıracağı gözlənilir. Komanda bunun öhdəsindən gələ biləcək?
Hər şeyi zaman göstərəcək. Tək bir şeyi deyə bilərəm ki, komandada əla atmosfer var, birliyimiz güclüdür və heç bir futbolçu əlindən gələni əsirgəmir. Hər kəs komandanın uğuru üçün bütün bacarığını ortaya qoymağa hazırdır.

- Azərbaycanda uzun müddət qalmağı planlaşdırırsınız? Sizcə, burada öz sözünüzü deyə biləcəksiniz?

- Bəli, bu, mənim həyatımda yeni bir mərhələnin başlanğıcıdır. Əminəm ki, sözümü deyəcəyəm və “Kəpəz” azarkeşlərini sevindirəcəyəm. Üzərimdə böyük məsuliyyət hiss edirəm. Azarkeşlər bilsinlər ki, komandanın uğur qazanması üçün əlimdən gələni edəcəyəm.

- Gürcüstan yığması hazırda Azərbaycan millisindən güclü olsa da, Gürcüstan klubları Azərbaycan klublarından geri qalırlar. Bunun səbəbini nədə görürsünüz?

- Məncə, bu məsələdə bir çox amil rol oynayır. Təəssüf ki, hazırda Gürcüstanda bir çox klubda sabitlik problemi var. Bu da klublarımızın Azərbaycan klublarından geridə qalmasına səbəb olur.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Avqust 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri