Ötən ay Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
2026-cı ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 3 milyard 221,4 milyon manat təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz artaraq 1 milyard 781,8 milyon manata, qeyri-ərzaq malları isə 2,8 faiz artaraq 1 milyard 439,6 milyon manata çatıb.
2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6 faiz azalıb, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə 7 faiz artıb. İstehlak məhsullarının 33,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 58 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 10 Mart 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















