Ötən ay het trik, bu gün dubl: Ülvi Babayevi dayandırmaq mümkün deyil
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Hazırda Rusiyanın “Dinamo” (Moskva) futbol klubunda çıxış edən azərbaycanəsilli futbolçu Ülvi Babayev Rusiya U-21 millisinin heyətində dubla imza ataraq komandasına vacib qələbə qazandırıb.
İdman.Biz Rusiya KİV-ə istinadən xəbər verir ki, həmyerlimiz “Manas Kuboku”nda Bəhreynin 23 yaşadək futbol komandasına qarşı oyunun 90+9 və 90+11-ci dəqiqələrində qol vuraraq komandasına 2:0 hesablı qələbə qazandırıb.
Xatırladaq ki, 21 yaşlı Ülvi Babayev Moskva vilayətinin Ximki şəhərində anadan olub və 2021-ci ildən Moskva “Dinamo”sunda çıxış edir. O, dəfələrlə müxtəlif yaş qrupları üzrə Rusiya yığmalarına dəvət alıb. Azərbaycanəsilli rusiyalı futbolçu Ülvi Babayev oktyabr ayında Samaranın “Krılya Sovetov” klubunun qapısından üç qol keçirməklə oyunun qəhrəmanına çevrilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 15 Noyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















