Ötən ay iri sahibkarlığa 20 milyon manatdan çox kredit verilib
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Cari ilin iyun ayının sonuna Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,508 milyard manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankın verdiyi məlumata görə, bu, may ayının sonu ilə müqayisədə 21,4 milyon manat və ya 0,25% çoxdur.
Belə ki, cari ilin may ayının sonunda Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,486 milyard manat idi.
Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.
Xatırladaq ki, cari ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 966 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5%-ini iri sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,8%), “Emal sənayesi” (13,3%), “Tikinti” (11,6%) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,3%) sahələrində yaradılıb.
trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















