Ötən ay xaricə 44,7 milyon dollarlıq meyvə satılıb
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cari ilin yanvar ayında Azərbaycan 43 min 261,3 ton meyvə ixrac edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə 23,5 faizlik artım qeydə alınıb. Bu barədə XQ-yə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkəmizdə meyvə bağların sahəsinin genişlənməsi, ötən illərdə salınmış intensiv bağların bara düşməsi məhsul istehsalının və ixracının artmasında böyük rol oynayıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan ötən ay meyvə ixracından 44 milyon 710,1 min ABŞ dolları gəlir əldə edib. Bu isə 2024-cü ilin eyni dövrünə nisbətən 22,8 faiz çoxdur. Məlumatda qeyd olunur ki, ay ərzində ölkəmizdən xaricə ən çox şişburun xurma, alma, armud, heyva, nar, sitrus meyvələri göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 08 Fevral 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















