Icma.az
close
up
RU
Ötən gecə ABŞ İran cəbhəsində nə baş verdi?

Ötən gecə ABŞ İran cəbhəsində nə baş verdi?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İran arasında hərbi qarşıdurma yeni mərhələyə keçib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) son iki gün ərzində İrana qarşı ikinci genişmiqyaslı hava əməliyyatını həyata keçirdiyini açıqlayıb. Komandanlığın məlumatına görə, əməliyyat zamanı İran ərazisində yerləşən təxminən 90 hərbi obyekt vurulub.

Qaynarinfo-nun məlumatına görə, CENTCOM bildirib ki, əməliyyatın əsas məqsədi İranın Hörmüz boğazında beynəlxalq ticarət gəmilərinə və mülki dəniz nəqliyyatına hücum etmək imkanlarını zəiflətmək, həmçinin ölkənin hərbi dəniz qüvvələrinin fəaliyyətini məhdudlaşdırmaq olub.

Məlumata əsasən, hava zərbələri zamanı İranın hava hücumundan müdafiə sistemləri, sahil müşahidə məntəqələri, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar, hərbi dəniz qüvvələrinə məxsus obyektlər, komanda-idarəetmə mərkəzləri və logistik təminat infrastrukturu hədəfə alınıb.

ABŞ hərbi komandanlığı qeyd edib ki, bu əməliyyat bir gün əvvəl həyata keçirilən və 80-dən çox hərbi obyektin vurulduğu ilk hücum dalğasının davamıdır. Beləliklə, son 48 saat ərzində ABŞ qüvvələri İranda ümumilikdə 170-ə yaxın hərbi hədəfə zərbə endirib.


İran cavab verdi: ABŞ-ın Körfəzdəki bazaları vuruldu

ABŞ-ın hava hücumlarından bir neçə saat sonra İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) cavab əməliyyatına başladığını elan edib.

Qurumun yaydığı bəyanatda bildirilib ki, Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. İnqilab Keşikçiləri bu əməliyyatı ABŞ-ın son hücumlarına cavab olaraq həyata keçirilən "cəza əməliyyatının ilk mərhələsi" adlandırıb.

İran dövlət televiziyası IRIB-in məlumatına görə, əməliyyatda İnqilab Keşikçilərinin Hərbi Dəniz və Hərbi Hava Qüvvələri birgə iştirak edib. Hücum zamanı Küveytdə yerləşən Camp Arifjan hərbi bazası və Ali Al Salem aviabazası, Bəhreyndə isə Cuffeyr dəniz bazası və Şeyx İsa aviabazası hədəfə alınıb.

İran tərəfi iddia edir ki, zərbələr nəticəsində ABŞ bazalarındakı mühüm hərbi infrastruktur və strateji obyektlər vurulub. Bununla bağlı ABŞ tərəfindən hələlik itkilər və ya dağıntılar barədə rəsmi açıqlama verilməyib.


"ABŞ dəfn mərasimini hədəfə aldı"

İnqilab Keşikçilərinin bəyanatında ABŞ-ın son hava hücumları zamanı İranın şimal-şərqində yerləşən Məşhəd şəhərinə gedən iki körpünün də vurulduğu bildirilib.

Tehran iddia edir ki, bu hücumlar təsadüfi olmayıb və məqsəd İranın ali dini lideri Əli Xameneinin Məşhəddə keçiriləcək dəfn mərasiminə kölgə salmaq olub.

İran dövlət televiziyası ABŞ qüvvələrinin Ak Təkeh Xan körpüsünə yeddi raket atdığını, nəticədə dəmir yolu xəttində iki partlayışın baş verdiyini bildirib.


Tehran ABŞ-a sərt xəbərdarlıq etdi

İnqilab Keşikçiləri bəyan edib ki, ABŞ-ın hücumları davam edərsə, İranın cavab tədbirləri daha da genişlənəcək.

"ABŞ növbəti dəfə İran ərazisinə zərbə endirərsə, cavab əməliyyatlarımız yalnız Küveyt və Bəhreynlə məhdudlaşmayacaq. Bölgədə yerləşən digər ABŞ hərbi bazaları da hədəfə çevriləcək", deyə bəyanatda vurğulanıb.

Tramp: "İran razılaşma bağlamaq istəyir"

ABŞ Prezidenti Donald Tramp isə NATO Dövlət və Hökumət Başçıları Zirvəsindən sonra Vaşinqtona qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, ABŞ İrana qarşı həyata keçirdiyi son hücumlarla üstünlük əldə edib.

"Onlara demişdim ki, bizə hər zərbə endirsələr, 20 qat güclü cavab alacaqlar. Dünən gecə də bunu etdik", deyə Tramp bildirib.

ABŞ prezidenti iddia edib ki, İran Vaşinqtonla yeni razılaşma əldə etmək istəyir.

"Onlar qısa müddət əvvəl bizimlə əlaqə saxlayıblar. Razılıq əldə etməyi çox istəyirlər. Sadəcə, belə bir razılaşmaya əməl edəcəklərinə artıq əmin deyiləm", deyə o vurğulayıb.


Tramp əlavə edib ki, hərbi baxımdan ABŞ artıq üstün mövqedədir.

"Onların əlində çox az imkan qalıb. Hərbi baxımdan biz artıq qalib gəlmişik", deyə ABŞ prezidenti bildirib.

İranın Hörmüz boğazında ticarət gəmilərinə hücumları ilə bağlı suala cavab verən Tramp isə deyib ki, Tehran hazırda bir qədər qeyri-sabit davranır, lakin buna baxmayaraq, ABŞ-la razılıq əldə etmək niyyətindən əl çəkməyib.

Diplomatiya hələlik arxa planda qalıb

Donald Tramp daha əvvəl Ankarada keçirilən NATO Zirvəsində də İranla diplomatik prosesin hazırkı mərhələdə nəticə verməyəcəyini düşündüyünü bildirib.

Onun sözlərinə görə, diplomatiya hazırda "vaxt itkisi" təsiri bağışlayır. Bununla belə, ABŞ prezidenti gələcəkdə münasib şərait yaranacağı təqdirdə danışıqların bərpa olunmasını tamamilə istisna etməyib.

Beləliklə, son hadisələr göstərir ki, ABŞ və İran arasında qarşıdurma təkcə birbaşa hava zərbələri ilə məhdudlaşmır. İranın Körfəz ölkələrində yerləşən ABŞ bazalarını hədəfə alması və Vaşinqtonun yeni hərbi əməliyyatlar həyata keçirməsi regionda gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.


Pakistandan ABŞ və İrana çağırış

Pakistan ABŞ və İranı eskalasiyadan çəkinməyə və İslamabad Memorandumunun şərtlərinə əməl etməyə çağırır. Bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

"Pakistan regionda gərginliyin artmasından dərin narahatlığını bildirir. Münaqişənin yenidən alovlanması heç kimin xeyrinə deyil. Pakistan bütün tərəfləri təmkinli olmağa, regional sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır", deyə bəyanatda qeyd edilir.

XİN həmçinin vurğulayıb ki, İslamabad bütün tərəfləri təkidlə regionda və ondan kənarda qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və ortaq rifah üçün möhkəm təməl olaraq qalan İslamabad Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 İyul 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri