Ötən gecə İstanbulda xaos yaşandı FOTO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbulda güclü külək ciddi fəsadlar törədib.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsi bir sıra ərazilərdə müəyyən çətinliklər yaradıb.
İstanbulda gecə saatlarında başlayan güclü külək İstanbulun hava sahəsində trafikin pozulmasına səbəb olub. İstanbul Hava Limanı və Sabiha Gökçən Hava Limanına eniş üçün gələn təyyarələr əlverişsiz hava şəraiti səbəbindən bir müddət havada dövr edərək küləyin şiddətinin azalmasını gözləyiblər.
Bundan əlavə Beyoğlundakı riskli struktur səbəbilə möhürlənmiş taxta bina çöküb. Kağıthanedə küləyin təsiri ilə uçan dam örtüyü avtomobillərə ziyan vurub. Küçükçekmecedə isə inşaat gücləndirilməsi olan binanın örtüyü uçub.
Kağıthane Nurtepe Mahallesi Eğriçınar küçəsində isə küləyin təsiri ilə uçan dam örtükləri park edilmiş avtomobillərin üzərinə düşüb. 3 avtomobil zədələnib və hadisə yerinə gələn xilasetmə briqadası təhlükəsizlik tədbirləri alıblar. 2 avtomobil hadisə yerindən çəkilib, zədələnmiş bir yük maşını isə hadisə yerində qalıb.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 11 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















