Ötən gün Azərbaycanda 200 ə yaxın axtarışda olan şəxs saxlanılıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Azərbaycanda yanvarın 19-da axtarışda olan 199 şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, saxlanılanlardan 89 nəfəri borclu şəxs qismində axtarışda olub.
Həmçinin, yanvarın 19-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması təmin olunub. Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Sözügedən dövrdə narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. Bakı və respublikanın ayrı-ayrı rayonlarında dörd avtomat silahı, bir pulemyot, qumbara, patron darağı, 15 tüfəng və 507 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər isə saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 20 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















