Ötən həftə 160 mina zərərsizləşdirildi
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 10-dan iyunun 16-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-dan Globalinfo.az-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 131, tank əleyhinə 29 mina və 528 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin həftə ərzində 1358,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Bu mövzuda digər xəbərlər:Ötən həftə 71 piyada əleyhinə mina zərərsizləşdirildi
12 May 2026 11:27
Ötən həftə azad olunan ərazilərdə 84 mina zərərsizləşdirildi
11 Noyabr 2024 15:47
Ötən həftə 160 dan çox yanğın olub Video
26 Yanvar 2026 10:20
Ötən həftə 155 mina zərərsizləşdirilib
18 Noyabr 2024 11:37
Ötən həftə 213 mina zərərsizləşdirilib
25 Noyabr 2024 14:13
Baxış sayı:149
Bu xəbər 17 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















