Ötən həftə gizlicə görüşüblər
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun ötən həftəsonu İranın mühacirətdəki vəliəhd şahzadəsi Rza Pəhləvi ilə gizli görüş keçirdiyi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Qəzet yazır ki, gu görüş İranda 2025-ci ilin dekabrından başlayan və hazırda ölkəni iflic edən kütləvi etirazlar fonunda Ağ Evlə İran müxalifəti arasında ilk yüksək səviyyəli təmasdır.
Məlumata görə, görüşdə İranda davam edən etirazlar, hazırkı hakimiyyətin süqutu ssenariləri və mümkün “keçid dövrü” məsələləri müzakirə olunub.
Qeyd edək ki, R. Pəhləvi bundan öncə “Fox News”a müsahibəsində İrana ən qısa zamanda qayıtmağa hazır olduğunu və keçid prosesinə rəhbərlik etmək üçün təkliflər aldığını bəyan etmişdi.
Xatırladaq ki, İranda dekabrın 28-də milli valyutanın kəskin devalvasiyası fonunda başlayan etirazlar hazırda ölkənin 25 vilayətini və 60-dan çox şəhərini əhatə etməkdədir.
Baxış sayı:29
Bu xəbər 13 Yanvar 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















